“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Həmin xidmət haqlarının məbləğləri ilə buradan tanış ola bilərsiniz.
Türkiyədəki Heydər Əliyev parkı köçürülür – AÇIQLAMA
Türkiyənin Iğdır bölgəsindəki Heydər Əliyev parkı yaxın aylarda yenidən qurulacaq. Məsələ ilə bağlı “Unikal”a açıqlamasında Iğdır bələdiyyə başçısının müavini Ferdi Turan bildirib ki, parkla birlikdə Heydər Əliyevin heykəlinin də başqa bir əraziyə köçürülməsi planlaşdırılır. “Hazırda bizim bələdiyyə binasını da başqa bir yerə köçürməyi düşünürük. Heydər Əliyev parkı da yenidən salınacaq […]
Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən AZAD ETDİ
Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H. Usubov sərəncama götürülüb. O, saytımıza açıqlamasında məlumatı təsdiqləyib. Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının […]
Naxçıvanın sabiq rəhbəri vəfat etdi – FOTO
Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib. İqtisad elmləri doktoru İ.Mehdiyev 87 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, İ.Mehdiyev 1976-1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979-1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb. İsmayıllı rayon komitəsinin birinci katibi vəzifəsini tutan İ.Mehdiyev […]
Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK
Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-nə nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Bayden Trampı ABŞ-ın gələcək prezidenti adlandırdı
ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı ölkənin “gələcək prezidenti” adlandırıb. Dogrusoztv.az xəbər verir ki, Bayden bu barədə Filadelfiyada keçirilən tədbirdə danışıb. “Yəqin ki, xatırlayırsınız, mən bu vəzifə üçün mübarizə apararkən keçmiş prezident və ola bilsin ki, gələcək prezidentlə rəqabət aparırdım”, – o bildirib. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə […]
Günün havası – Yağmursuz, 18 dərəcə isti…
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 […]
Laçın-Xankəndi yolundakı aksiyanın 89-cu GÜNÜ
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 89 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]
Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” TƏBİB-in tabeliyinə verildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib. Bununla […]
Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır
Prezident İlham Əliyev Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci […]