Vilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİ

alfonsonri

Daxili işlər orqanlarında yeni təyinat olub. Dogrusoztv.az xəbər verir ki “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Məsim Hüseynzadə Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, M.Hüseynzadə bu təyinatadək Baş […]

Mehriban Əliyevadan atası ilə bağlı PAYLAŞIM

alfonsonri

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabında edilən paylaşımda deyilir: “Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən […]

Türkiyə XİN binası qarşısında Ermənistan bayrağı qaldırıldı

alfonsonri

Türkiyə Xarici İşlər Nazirliyinin binası qarşısında Ermənistan bayrağı qaldırılıb. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb.  Qeyd edək ki,  Ermənistanın xarici işlər naziri  Ararat Mirzoyan Türkiyədə rəsmi səfərdədir. O, zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan erməni xilasetmə qrupu ilə görüşəcək.

Daha 4 voleybolçu qadın zəlzələdə həlak oldu

alfonsonri

Türkiyədə daha 4 voleybolçu zəlzələ nəticəsində həlak olub.  Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.. TVF-dan edilən şərhdə: “Rasus Kimya Hatay Voleybol Komandasının idmançıları Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlunun zəlzələ nəticəsində dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik. İdmançılarımıza və həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, başsağlığı veririk.Yaralılara […]

“Bir il ərzində evləri yenidən tikəcəyik” – Soylu

alfonsonri

“Antakyada  binaların 40 faizində dağıntı aşkar edilib. Dəlil toplamadan dağıntılar aradan qaldırılmır. Dağılmış evlərin sahibləri də orada olacaq və salamat qalmış əşyalarını götürə biləcəklər”. Bunu türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda bildirib. Onun sözlərinə görə, uçmuş evlər yenidən tikiləcək və bir il ərzində təhvil veriləcək.

Bakıda tozlu hava müşahidə olunur

alfonsonri

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır: “Tozlu hava şəraiti lokal xarakter daşıyır […]

Mirzoyanla Çavuşoğlu arasında görüş başladı – YENİLƏNİB

alfonsonri

Ararat Mirzoyan və Mövlud Çavuşoğlu arasında görüş Ankarada başlayıb. Ermənistan və Türkiyə xarici işlər nazirlərinin növbədənkənar görüşündən sonra geniş tərkibdə iclas keçiriləcək, daha sonra nazirlər bəyanatlarla çıxış edəcəklər. ***12:03 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gedib. XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinə Ermənistanla […]

Azərbaycan könüllüləri Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət qəbul ediblər

alfonsonri

Azərbaycan könüllüləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər. Müraciətdə deyilir: “Hörmətli Mehriban xanım! Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş türk xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə […]

Azad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldı

alfonsonri

Azad olunmuş ərazilərdə tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən alim məsuliyyətə cəlb edilib. Dogrusoztv.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş […]