Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb – FOTO

DogruSozTv Az

Ucarda yük maşını aşıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş “KamAZ” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün […]

Əl-Şaraa: Suriya İsraillə münasibətlərin normallaşdırılmasını müzakirə etmək niyyətində deyil

DogruSozTv Az

Suriya hakimiyyəti hazırda Dəməşqin İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişi”nə qoşulması barədə danışıqlar aparmaq niyyətində deyil. Bunu Suriya prezidenti Əhməd əl-Şaraa “Fox News”a müsahibəsində bildirib. “Suriyadakı vəziyyət “İbrahim Sazişi”nə qoşulan ölkələrdəki vəziyyətdən fərqlidir. Suriya 1967-ci ildən bəri Colan təpələrini işğal edən İsraillə həmsərhəddir. Hazırda birbaşa danışıqlara girmək niyyətində […]

BTQ üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib

DogruSozTv Az

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib. Ölkənin Baş naziri İrakli Kobaxidze yeni tərkibin təsdiqlənməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Koordinasiya Şurasının həmsədri təyin olunub. Şuranın tərkibində iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, xarici işlər nazirinin müavini […]

İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı idmançı gümüş medal qazanıb

DogruSozTv Az

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda idmançımız Ravin Alməmmədov (79 kq) birdən qaldırma hərəkətində 155 kq nəticə ilə gümüş medal qazanıb. Ravin daha sonra təkanla qaldırmada da 190 kq çəkinin öhdəsindən gələrək bürünc medala yiyələnib. Beləliklə, ümumi nəticəyə əsasən, idmançımız 345 kq göstərici ilə […]

Əddis-Əbəbədə Azərbaycan-Efiopiya biznes forumu keçiriləcək

DogruSozTv Az

Bu ilin 23-29 noyabr tarixlərində Azərbaycandan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə biznes missiyanın təşkili planlaşdırılıb. “Report”un Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatına (AFAZ) istinadən verdiyi xəbərə görə, missiya çərçivəsində Azərbaycan-Efiopiya biznes forumu, B2B və B2G formatlarında görüşlər keçiriləcək, həmçinin sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır. Bundan başqa, “MÜSİAD Ethiopia”, MESOB mərkəzində (“ASAN […]

Tarixin noyabr dərsləri: Hərbi paradın verdiyi mesajlar – ŞƏRH

DogruSozTv Az

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad hələ uzun müddət müzakirə olunacaq.Bu, təkcə bayram tədbiri və Azərbaycanın hərbi-siyasi gücünün nümayişi deyil, həm də ölkənin müstəqillik dövründə keçdiyi yola nəzər salmağa və gələcəklə bağlı qənaətlər yürütməyə imkan verən tarixi hadisədir. Noyabr, 1988-ci ilArtıq bir ilə yaxın idi ki, […]

Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var

DogruSozTv Az

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Toy karvanında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Artıq ölən və yaralananların kimliyi də məlum olub. Belə ki, qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, […]

Bəqai: İran Rusiyadakı səfirini dəyişməyə hazırlaşır

DogruSozTv Az

İran hazırda Rusiyadakı səfir vəzifəsinə namizədi nəzərdən keçirir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib. “Digər ölkələr, o cümlədən İtaliya və Rusiyadakı səfir postuna namizədlərin seçilməsi prosesi davam edir”, – o qeyd edib. Hazırda İranın Rusiyadakı səfiri Kazem Cəlalidir.