Dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə cərimə müəyyənləşir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, dövlət şəhərsalma nəzarəti […]
Opera və Balet Teatrına yeni direktor TƏYİN EDİLDİ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki,teatrın direktor vəzifəsinə Yusif Eyvazov təyin olunub. Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb. Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının […]
Ölkədən qovulan iranlı diplomat Ocaqnejadın yarım qalan işlərini görürdü
İran səfirliyinin “persona-non-grata” elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir. Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və hələ də onun ölkədəki yarım qalan işlərini davam etdirirdi. Qeyd edək ki, Ocaqnejadın […]
“Paşinyanı devirməyə qalxanlardan biri də İran idi” – Deputat
“Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, lakin iki dövlətin təzyiqindən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Naxçıvanla kommunikasiyaların açılması nəinki 42 km-lik yolu, bütövlükdə Ermənistanı Zəngəzur dəhlizinə çevirəcəyini nəzərə alaraq, İran Paşinyana ultimatum verdi”. Bunu Milli Məclisin […]
“Azneft” dairəsində təmir işləri aparılacaq – Yol bağlanacaq
Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib. “Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. […]
Spikerdən İran parlamentinə ÇAĞIRIŞ
“Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. “Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana […]
Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.
Azərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİ
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Zaur Əliyev Tarif Şurasının üzvü TƏYİN EDİLDİ
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə Dövlət Statistika […]
Prezident Yunanıstandakı səfiri geri çağırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Anar Xeybər oğlu Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.