Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib. İlahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. O, bu gün dəfn ediləcək. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.
Türkmənistan Prezidenti Azərbaycana gəlib – FOTO
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov martın 2-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Ekoloji cinayətə son! – Aksiyanın 81-ci günüdür
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 81 gündür davam edir. Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]
Hacı Şahin qəfil VƏFAT ETDİ
Tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli dünyasını dəyişib. Bu barədə onun rəsmi “Facebook” səhifəsində məlumat verilib. Yaxınlarının verdiyi məlumata görə, Hacı Şahin ürəktutmasından vəfat edib.
Azərbaycanlı idmançı Ukraynada HƏLAK OLDU
Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Amil İltifat oğlu Sultanov Donetsk uğrunda döyüşlərdə həyatını itirib. Məlumata görə, əslən Lənkəran rayonundan olan Amil Sultanovun dəfn mərasimi Zaporojyedə keçiriləcək. Onun idmançı olduğu deyilir. Axar.az
Günelin qaşına 7 tikiş qoyuldu – FOTO
Müğənni Günel Zeynalovanın başına iş gəlib. Dogrusoztv.az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqramda paylaşım edib. Öz fotosunu paylaşan Günelin qaşının yarıldığı məlum olub. Zeynalova hadisənin necə baş verdiyini yazmasa da, qaşına 7 tikiş qoyulduğunu bildirib. “Allahım qorudu. Bədnəzər çıxdı”, – deyə, sənətçi vurğulayıb. Məqaləyə dair fotomateriallar:
Günün qoroskopu: hər şey istədiyiniz kimi getmir
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç – təhsil, habelə bilik və təcrübə əldə etmək üçün yaxşı gündür. Yeni informasiyanı sürətlə əxz edəcəksiniz. Faydalı məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranmayacaq. Qəfil təklif ala bilərsiniz. Həmin təklif sizi yaşamınızda nəyisə […]
“Xocalıdakı görüş ümidvericidir”
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən deputat Ramin Məmmədovla Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirilən görüşə münasibət bildirib. T.Klaar bu barədə öz tviter hesabında paylaşım edib: “Bu […]
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
Türkiyədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkiləri təxirə salınmayacaq. Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb. “İnşallah millətimiz mayın 14-ü lazım olanı edəcək”, – deyə Türkiyə lideri qeyd edib.
Ramin Məmmədov kimdir? – Dosye
Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Dogrusoztv.az məsul şəxsin dosyesini təqdim edir. Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, […]