Sabah – mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı təşkil olunacaq. Hazırda konsertlə əlaqədar “Saat qülləsi” yaxınlığında səhnə quraşdırılır. Konsert proqramı saat 20:00-da başlayacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq.
Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki – FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib. Bununla bağlı Birinci vitse-prezident sosial şəbəkədə paylaşım edib. “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram!” – paylaşımda deyilir.
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır. Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədirlər. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq […]
İlham Əliyev Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı rəsmi “Twitter“ hesabında paylaşım edib. Mətndə deyilir: “9 may – II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!“
Faşizm üzərində qələbədən 78 il ötür
Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci Dünya müharibəsində […]
Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir – Türkiyəli deputat
Türkiyə müxalifətinin təmsil olunduğu “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni […]
Mehriban Əliyeva Şuşa yolundan PAYLAŞIM ETDİ – VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şuşaya səfər ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa səfərindən paylaşım edib: “Viaduklar, tunellər — Şuşa yolunun yeni görkəmi. 08.05.2023” deyə qeyd edib.
Baş Prokurorluq XƏBƏRDARLIQ ETDİ
Baş Prokurorluq media subyektlərinə xəbərdarlıq edib. Qurumun Mətbuat Xidmətindən daxil olan xəbərdarlıqda deyilir: “Xəbər verildiyi kimi, mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən […]
Rafiq Bayramov AZADLIQDA (YENİLƏNİB)
Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib. Sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb. Azadlığa buraxılanlar içərisində Mədəniyyət nazirinin sabiq müavini […]
İlham Əliyev və birinci xanım Şuşaya səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər. Dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.