İŞİD-in Türkiyə valisi yaxalandı – FOTO

alfonsonri

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriya ilə axtarışda olan İŞİD-in Türkiyədəki keçmiş valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb. Aparılan xüsusi əməliyyat nəticəsində yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib. Varişin Türkiyədə İŞİD-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror […]

Ermənistan Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutur

alfonsonri

Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tuturlar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Məşhur aparıcı “Fox News”a müharibə elan etmək niyyətindədir: İlon Maskla iş quracaq?

alfonsonri

“Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson telekanala müharibə elan etməyə hazırlaşır. Karlson Prezident Co Baydenin hökumətinin fəaliyyətini tənqid etməsi ilə tanınır. Hazırda o, özünün “media imperiyası”nı yaratmağı planlaşdırır. Lakin bu məqsədinə çatmaq üçün Taker Karlson “Fox News” ilə 2025-ci ildə başa çatacaq müqaviləsindən qurtulmalıdır. Bəzi nəhəng Amerika KİV-i artıq […]

Argentinada Ümummilli Liderin 100 illik yubileyi qeyd edilib

alfonsonri

Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən paytaxt Buenos-Ayres şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Argentinanın ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Rəmzi Teymurov tədbiri açaraq, müstəqil Azərbaycanımızın banisi Heydər Əliyevin həyatı […]

“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

alfonsonri

“WhatsApp” mesenceri növbəti yeniləmə ilə istifadəçiləri sevindirib. Belə ki, mesencerə bir neçə faydalı funksiya əlavə edilib. Hazırda bu yeniliklər “iOS” smartfonlarının sahibləri üçün əlçatandır. Yenilənmələr ilk növbədə sorğu sisteminə aiddir. Artıq sorğunu elə konfiqurasiya etmək olar ki, istifadəçi yalnız bir cavab seçə bilsin. Hər yeni səsdən sonra cihaza bildiriş göndəriləcək. […]

Fuad Hüseynəliyev: “Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil” – VİDEO

alfonsonri

“Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil, çünki Ermənistanın hakim elitası hər hansı ciddi qərar qəbul etmək üçün ayrı-ayrı xarici dairələrə, o cümlədən Moskvaya hesabat verməlidir”. Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat […]

Almaniyada məscidə hücum edən şəxs Quranı yandırmağa cəhd etdi

alfonsonri

Almaniyanın Saksoniya əyalətində yerləşən Drezden şəhərindəki Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı olan Fatih məscidinə hücum edilib. Məscidə daxil olan şəxs Quranın yerləşdiyi kitabxanaya tez alışan maddə tökərək yandırıb. Fatih Məscidi Dərnəyinin sədri Ramazan Yıldırım verdiyi açıqlamada, kimliyi müəyyən edilən təcavüzkarın benzin töküb Quranı yandırmağa çalışdığını, məsciddəki din məmurunun hadisəni […]

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb

alfonsonri

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu […]