Müharibə veteranları ilə bağlı YENİLİK: Qanun dəyişir

Sənədləşdirmə prosesinin asanlaşdırılması məqsədilə müharibə veteranları barədə vahid informasiya bazası yaradılır. BiG.AZ-ın Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Veteranlar haqqında” qanuna dəyişiklik təklif olunur.Dəyişikliyə əsasən, qanunun 3-cü maddəsinə (Müharibə veteranları) yeni bənd əlavə olunur. Yeni bəndə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən […]

“Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan etdiyimiz sorğu çərçivəsində 50.000-dən çox rəy qəbul edilib. Rəylərin əksəriyyətinə görə, məktəblərin bu və ya digər formada distant tədrisə keçirilməsi qeyd olunur”. BiG.AZ xəbər verir ki, bu barədə təhsil naziri E. Əmrullayev öz feysbuk hesabında bildirib. Onun sözlərinə görə, ictimaiyyətin fikrinin […]

İlham Əliyevdən yeni təyinat – SƏRƏNCAM

2021-ci il 12 mart tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Samir Poladovu kollektivə təqdim edib.

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Qeyd edək ki, “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” 2020-ci il noyabrın 28-də İstanbul şəhərində imzalanıb.