Vilayət Eyvazov şəhid oğluna Şuşada vəzifə verdi

Daxili işlər orqanlarında kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb. Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-də Daşaltı əməliyyatında şəhid olub.

Ali Məhkəməyə yeni hakimlər təyin olunur – SİYAHI

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunur. DOĞRUSÖZTV.AZ “Report”a istinadən xəbər verir ki, Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb: 1. Dadaşov İlqar Ağababaş oğlu 2. Əhmədov Əhməd Abbas oğlu 3. Əliyev Ələsgər Əliabbas […]