Daxili işlər orqanlarında kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb. Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-də Daşaltı əməliyyatında şəhid olub.