DogruSozTv.Az
Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülüb
» » Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

15-09-2017, 19:49Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Ailem.az-ın bu dəfəki müsahibi tanınmış aparıcı Vüsalə Səiddir.

Dogrusoztv.az Milli.Az-a istinaden həmin müsahibəni təqdim edir:

- Son zamanlar qısa saç kəsiminizlə bir çoxlarının tənqid hədəfinə tuş gəldiniz. Necə oldu birdən-birə stilinizi tamamilə dəyişmək qərarına gəldiniz? Bu addımı diqqət çəkmək, tamaşaçıların yaddaşında qalmaq, yoxsa başqa aparıcılardan seçilmək üçün atdınız?
- Bütün cəmiyyətlərdə axın bir istiqamətə gedir. Amma o axının içərisindən çox az bir hissə onun əksinə çıxır. Və cəmiyyət həmişə o az, fərqli olanla maraqlanır, diqqətini yönəldir. Mən riski, özü də ağılla edilən riski çox sevirəm. Saçlarıma gəlincə, sizə səmimi deyəcəm. Saçım boyadan yanmışdı, daha doğrusu keyfiyyətini tam itirmişdi. Ona görə də qərara gəldim ki, qısaldım. Elə bu ərəfədə də Lider kanalında işə başlamışdım. Lider kanalı tamaşaçılara da yaxşı məlumdur ki, yenilikləri sevir, fərqliliyə üstünlük verir. Beləcə saçlarım yeniləndi və yeni saç şəkli ilə efirə çıxdım. Yeniliyi çox sevirəm, özüm də gördüm ki, bu üslubda bir aparıcı ilk mən oldum. Bir sözlə, ilkə imza atdım.

Əgər insan sırf diqqət çəkmək üçün bir şey edirsə, inanın, o, uğur əvəzinə uğursuzluqla rastlaşacaq. İlk olaraq içdən gələn istəyi reallaşdırmaq lazımdır, ağılla, məntiqlə, sonra əlbəttə ki, diqqət də çəkəcəksən, yaddaşlarda da qalacaqsan. Açığı, bu fərqliliyimin diqqət çəkməsi özüm üçün də maraqlı oldu.

- Həyat yoldaşınızın buna münasibəti necə oldu? Əksər kişilər uzun saçlı qadınları xoşlayır.
- Həyat yoldaşım da televiziyada çalışır və çox müasir bir insandır. Amma hamı kimi, o da yeni saç düzümümü görəndə şok oldu. Atam, anam və qardaşlarım birmənalı şəkildə mənə dəstək oldular. Düzü, həyat yoldaşım da heç kəskin reaksiya vermədi və öyrəşdi.

- Yenidən saçlarınızı uzatmaq istəyərsiniz?
- Bu saç düzümü mənə xoş bir ovqat gətirib. Məni görənlərin əksəriyyətinin reaksiyası çox xoşuma gəlir. Düzdür, elə insanlar var ki, onlara belə saç qəribə gəlir və mən onları da anlayıram. Özüm də bilirəm ki, addımım çoxluğun qəbul edəcəyi bir şey deyil. Qulağım eşidə-eşidə "ölmür e necə, saçına bax", - deyənlər də var. Gənclər isə çox gözəl qarşılayırlar. "Necə gözəl yaraşır", - deyərək yanımdan ötürlər. Hətta fotosessiya etmək istəyən bir neçə fotoqrafdan da təklif almışam, jurnallara dəvət edirlər. Bütün bunlar mənə zövq verir.

Yəqin ki, nə vaxtsa, gec, ya tez saçlarmı uzadacağam. Əslində elə saçlarımı kəsdirəndə də məqsədim yenidən uzun, sağlam saçlara sahib olmaq idi. Amma inanın, bu rahatlığı görəndən sonra düşündüm ki, yox, belə yaxşıdır.

- Mükəmməl fiziki quruluşunuz var. Buna necə nail olursunuz, idmanla, yaxud pəhrizlə?
- İdmanla məşğul olmuram, özü də düzünü desəm, az yemək yemirəm, əksinə, çox yeyirəm. Sadəcə çox aktivəm, daim hərəkətdəyəm. Ola bilsin ki, bu hərəkətliliyim belə formada qalmağıma təsir edir. Bir də ola bilsin ki, genetika da burda rol oynayır, yəni bizim ailədə hamımız - ata, ana və qardaşlarım da formadadırlar.

- Dəblə ayaqlaşırsınız?
- Təbii ki, dəbi çox sevirəm. Yenilikləri izləyirəm, axı onsuz olmaz. Amma düşünürəm ki, dəblə yanaşı, gərək insan özünə yaraşanı geyinsin.

- Ən çox dəyər verdiyiniz aksessuar hansıdır?
- Aksessuarlari sevmirəm, ona görə də az istifadə edirəm. Ancaq dəyər verdiyim insanların hədiyyələrinə, yəni aksessuardırsa, hörmətlə yanaşıram və demək olar ki, əzizləyərək özümdə saxlayıram, bəzən də istifadə edirəm.

- Ailəlisiniz, övladınız var, həm baxımlı, həm də işində bacarıqlı bir xanımsınız. Bütün bunlara necə vaxt çatdıra bilirsiniz?
- Çox çətindir, çox. Amma o qədər məsuliyyətliyəm ki, hər şey 100% olsun deyə əlimdən gələn nə varsa edirəm. Çox çətin günlərim olub, amma Allahım həmişə mənə kömək olub, güc verib, tək qoymayıb məni, yolumu açıb və beləcə, hər şeyin öhdəsindən gələ bilmişəm.

- Yoldaşınız hansısa işlərinizdə sizə kömək edir?
- Elə ilk gündən bir-birimizi necə var elə də qəbul etmişik. Bir də onun da işləri çoxdur və mən heç düzü kömək etməsini istəmirəm. Sözsüz ki, desəm, mənə dəstək olacaq, amma daha düzənimizi elə əvvəlcədən belə qurmuşuq.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?
- AzTV-də tanış olmuşuq. İş yoldaşı idik, gündə eyni məkanda olurduq, efirə birgə material hazırlayırdıq və s. Bir də münasibətlərimizə təkan verən dostlarımız oldu və sonda evlilik.

- Bəzən deyirlər ki, evlilik sevgini öldürür. Sizcə, bu doğrudur?
- Sevgi heç bir zaman ölmür, sadəcə forması dəyişir, bir az da adiləşir. Gündəlik qayğılar, problemlər başımızı çox qatır. Və bəzən düşünməyə, sakit nəfəs almağa elə bil vaxt tapmırıq. Sizcə, sevgi olmasa birgə yaşamağı davam etdirmək olar?

- Bildiyimiz qədər bir oğlunuz var. İkinci övlad arzulayırsınız? İstəyərsiniz, məsələn, bir qızınız da olsun?
- Mən uşaqları çox sevirəm, amma indiki dövrdə uşaq saxlamaq çox məsuliyyət tələb edir. İnanın, oğluma zorla vaxt ayırıram, qayğısına qalıram, ona görə də düşünürəm ki, hələ ki, yox. Uşağın təminatı yüksək səviyyədə olmalıdır, inşallah, gələcəkdə buna da baxarıq.

- Özünüz avtomobil idarə edirsiniz? Qadınlar daha yaxşı avtomobil idarə edir, yoxsa kişilər?
- Bəli, avtomobil idarə edə bilirəm. Məncə, qadın və ya kişi fərqi yoxdur, avtomobil idarə etməyin məsuliyyəti eynidir. Bu məsələyə qadın-kişi prizmasından yanaşmağı qəbul etmirəm. Sadəcə fərqlilik ondadır ki, qadınların maşına marağı kişilərdən az olur. Baxın, oğlanlar elə uşaqlıqdan maşın sürməyə həvəsli olurlar, qadınlarsa yaşa dolduqdan sonra maraq göstərirlər. Bu zaman təcrübə də özünü göstərir. Amma bir az müqayisə etsək, qadınlar kişilərdən daha məsuliyyətlə yanaşırlar. Bu arada, kişilərdən bir xahişim var. Qadınları sükan arxasında görəndə onlara hörmətlə yanaşsınlar, tərbiyəli və nəzakətli davransınlar.

- Avtomobildən söz düşmüşkən, Türkiyədəki "Ben bilmem, eşim bilir" yarışmasından qazandığınız avtomobili sizə verdilər?
- Avtomobili Bakıya gətirməklə bağlı müəyyən problemlər yaşadıq. Ona görə də, pula üstünlük verməli olduq və sağ olsunlar, ödənilən məbləğı bank hesabına yatırdıq.

- O zaman mətbuatda xəbərlər yayıldı ki, yarışda iştirak etdiyiniz üçün sizi işdən çıxardılar. Bu, doğru idi?
- Xeyr, mən bu Türkiyə məsələsi ilə bağlı heç bir problem yaşamadım. Sadəcə xırda anlaşılmazlıqlar olmuşdu. Mən həmin hadisədən sonra da uzun müddət Azərbaycan televiziyasında çalışdım. İşimə əvvəlki qaydada davam etdim və efirə də çıxdım. Sadəcə kimlərsə mediaya dezinformasiyalar sızdırdılar, məsələ çox ictimailəşdi.
Dogrusoztv.az
Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO

Azərbaycanlı teleaparıcı: "Yoldaşım məni görəndə şok oldu" - FOTO
dle 10.5
loading...