DogruSozTv.Az
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydaları dəyişirXarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririkPrezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridirİlham Əliyevin yanında iqtisadi müşavirə keçirilibBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilibİ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblarƏrdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdurAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşübPrezident və ailəsi bölgədə - Qeyri-rəsmi səfər + FOTOLARKöhnə maşını olanlara pis xəbərVilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müəllim dərs zamanı ölüb - AĞSUDAPrezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir.Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb (FOTO)Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir. FOTOLARYuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANATGürcüstanın Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibYaşar Bəşirova yüksək VƏZİFƏ VERİLDİ - FOTOAzərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI: "Bu gün ölkənin əsas problemi ..."İstintaq idarəsinə yeni rəis təyin olunub.Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”Vilayət Eyvazovdan YENİ ƏMR : "102"-ə zəng vuranlar...Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlərDeputat: Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirirBirinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədirBaş Nazirdən müəllimlərə təbrik mesajıPrezident İlham Əliyev Sumqayıtı nümunə göstərdiMətin Feyzioğlu: Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdirBaş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edibProkurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibəti ilə təbrik edirik.Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olunduProkurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.Yeni "Qaynar xətt" nömrəsi istifadəyə verildi. Baş ProkurorluqVilayət Eyvazov yeni rəis təyin etdiNazir əmr imzaladı: Şəxsiyyət vəsiqələrinin verilmə qaydası dəyişirAğcabədidə Dəhşət: Qız Anasını BıçaqladıNovruz Məmmədovdan bu şəxslərin maaşı ilə bağlı MÜHÜM QƏRARPrezident üç ölkəyə yeni səfir təyin etdiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTOAzərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirTəhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb. FOTOPrezident İlham Əliyev Emmanuel Makrona başsağlığı veribYeni avtobuslar hansı istiqamətlərə veriləcək?“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - İlham ƏliyevBu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
» » “Zaurun bu hərəkəti qanacaqsızlıqdır” – Video

10-07-2016, 17:32“Zaurun bu hərəkəti qanacaqsızlıqdır” – Video

“Zaurun bu hərəkəti qanacaqsızlıqdır” – Video

Bu gün əlillər bütün dünyada rahatlıqla mənzil başına çata bilirlər. Dünyanın bütün yerlərində əlillər üçün sosial köməkçilər verilir, onların maaşı dövlət tərəfindən ödənilir, üstəlik, əlillərə normal pensiya da verilir. Çox istəyərdik ki, bizdə də əlillərə münasibət belə olsun.

Bu, azərbaycanlı əlillərin arzusudur. Çünki bu gün onların cəmiyyətdə yaşam imkanları məhduddur. Buna pandusların azlığı, iş imkanları, sosial təminat, bəzən isə daha fərqli məsələlər səbəb olur.

Axar.az olaraq əlillərin problemləri ilə daha yaxından maraqlanmaq üçün yollanırıq Əlillərin Reabilitasiyası Mərkəzinə. Burada qarşımıza bir neçə əlil çıxır. Onlarla söhbət etmək istəyimizi bildiririk, rahatlıqla müsahibəyə razılıq verirlər. Söhbət zamanı onlar işsizlik, pensiyalarının həddindən artıq az olması, bina və metrolarda onlar üçün lazımi şəraitin olmamasından şikayətlənirlər. Elə ilk müsahibim Ramin də əsas probleminin işsizlik olduğunu deyir:

“Mənim Qaradağdan Bakıya işə gəlib-getməyim üçün gərək minimum 1000 manat maaşım olsun ki, onun bir hissəsini taksilərə xərcləyə bilim. Amma panduslu avtobuslar, yol kənarları, metroya girişlər olarsa, biz də rahatlıqla işləyə, evdən çölə çıxa bilərik. Bilirsiniz, bu gün şirkətlər də əlilliyi olan şəxslərlə işləməyə maraq göstərmirlər. Çünki bunun üçün şirkətin şəraiti olmalıdır. Bu gün şirkətlərin heç birində panduslar quraşdırılmayıb. Buna görə də, onlar əlil əməkdaşdansa, 80 manat cərimə ödəməyi üstün tuturlar”.

Tək ümid yerimiz 127 manat pensiyadır

Ramin Bulvardakı panduslardan şikayətçidir:

“Baxın, Bulvardan Sahilə keçmək üçün bir keçid var, orada guya pandus düzəldiblər. Pandusu elə tikiblər, sanki əlillərdən beziblər. Tutun əlilləri, buraxın aşağı (gülür). O panduslardan heç ayaqüstə olan adam da düşə bilməz. Bizim oradan düşməyimiz heç cür mümkün deyil. Çox təəssüf ki, hər şeyi başdansovdu hazırlayırlar. Biz yalnız şəhərə çıxanda qarşılaşdığımız maneələrdən sonra əlil olduğumuzu hiss edirik”.

Mətanət xanım yollardakı maneələrin onlara çətinlik yaratdığını deyir:

“Bəli, biz yalnız belə olanda əlilliyimizi hiss edirik, yoxsa bizim ruhumuzda əlillik yoxdur ki. Hərdən süfrə başında bir neçə dəfə qalxıb anama yer vermək istəmişəm. Yəni heç vaxt əlil olduğumuzu daxilən hiss etməmişik. Mən təkcə kollecə gedəndə, ən azı, beş maneə keçməli oluram. Bütün bu maneələr bizi geri qaytarır. Əlbəttə, elə əlillər var ki, işləmək istəmirlər, amma nəzərə almaq lazımdır ki, işləmək istəyən əlillər də var”.

Ramin: “Biz əlil olsaq da, istəmirik evdə oturaq, kimsə gətirib bizə pul versin. Hər bir insan kimi bizim də özümüzə görə bacarığımız, istedadımız var”.

Mətanət: “Biz onsuz da bu halımızla müəyyən qədər mənəvi əziyyət çəkirik, amma haradansa keçmək üçün bizi iki nəfərin qaldırması, bizə bir az da zərbə vurur. İnsan şəxsiyyət olaraq özünə sığışdırmır, özünü artıq yük kimi hiss edir. Sanki məhdudiyyətin üstünə bir az məhdudiyyət əlavə olunur”.

Söhbətimizə qoşulan Fərid isə metrodan istifadə edə bilmədiyini, bəzən metropoliten işçilərinin absurd sözləri ilə qarşılaşdığını bildirir:

“Hər birimizin qarşılaşdığı çətinlik, digərimizin qarşılaşdığı çətinliyin güzgüsüdür. Bina şəraitində yaşayırıq, lift olmur. Müraciət edirsən İcra Hakimiyyətinə,“Büdcədə pul yoxdur”, - deyə cavab məktubu göndərirlər. Heç bir kömək olunmur. 127 manat pensiya verirlər. Əlavə qazanc əldə edə biləcəyimiz heç bir yer yoxdur.

Panduslara gəlincə, buna bir az da mən əlavə etmək istəyərdim. Metronun girişinə pandus qoymaqla heç nə bitmir. Tutaq ki, metroya kimlərinsə köməyi ilə düşdük. Lakin içəridə bizi o qədər maneə gözləyir ki...

Hərdən metropoliten işçilərinin absurd sözlərini də eşidirik. Amma ağlımız da var, dilimiz də. Əlbəttə, belə insanlar cavablarını alırlar. Bu, nəyə lazımdır?! Biz çölə çıxmırıq ki, aqressiya nümayiş etdirək. Biz çölə öz hüquqlarımızdan istifadə etmək üçün çıxırıq.

Bir dəfə Bulvarda gəmiyə minmək istəyirdim. Gəmiyə minmək üçün pandus yox idi. Mən bunu irad olaraq bildirdim. İradım isə çox aqressiv qarşılandı. Hətta dedilər ki, sənin nəyinə lazım, biz səni qucağımızda ora mindirəcəyik də. Mənim 32 yaşım var, niyə kimsə məni qucağına almalıdır?!”

Həmsöhbətim Qafqaz isə ailə qurmaq istədiyini, lakin 127 manat pensiya ilə bunun mümkün olmadığını bildirir:

“Bəzən deyirlər ki, ailə qur. Elə bilirlər ki, 127 manatla ailə qurmaq asandır. Mən bu gün ailə quraram, Allaha şükür, seçim edə biləcəyim qızlar da var, yeganə maneə pensiyanın azlığıdır. İnsan düşünəndəki bir qadını xanım kimi saxlaya, onun ehtiyaclarını ödəyə bilməyəcək, niyə ailə qursun ki?! Mən belə ailə qurmaq istəmirəm. Bu gün mənim valideynlərim var, onlar mənə dayaqdır, hələki, yaşayıram, bir gün anamın, atamın başına bir iş gələrsə, vəziyyətimi təsəvvür edə bilmirəm. Qardaşım mənə baxacaqmı? Bu sualın cavabını tapa bilmirəm, amma övladım olarsa, əlbəttə, o, mənə baxacaq”.

“Qüsurlu” sözü bizi incidir

Fərid: “İndiki vəziyyətdə valideynimiz olmasa, biz ölümə atılmış insanlarıq.Bir dəfə Zaur Baxşəliyev efirdə dedi ki, ürəyim gəlmir “əlil” deməyə, “qüsurlu” deyəcəyəm. Bu insan dərk etmir ki, “əlil” sözü normal, standart sözdür, “qüsur” sözünü işlətmək isə qanacaqsızlıqdır.

Qüsur – eyib deməkdir, bizim eybimiz yoxdur. Heç “məhdudiyyət” sözünü də qəbul etmirik. Əlil tibbi termindir, ən uyğun ifadə bunun olduğunu düşünürük”.

Ramin: “Bir dəfə internet televiziyasında bir veriliş izləyirdim. Verilişdə bir nəfər dilçi qonaq idi. Qayıdıb dedi ki, məhz “qüsurlu” sözü doğru ifadədir. Hələ bu dilçidir”.

Söhbətimizin yekununda onlar son sözlərini qəribə bir nigaranlıqla dedilər:

“Əgər dünyada bu təcrübə olmasa, biz də danışmazdıq. Demək istədiyimiz çox şey var, amma hər deyiləni yazmaq olmur ki. Bizi dinlədiyinizə görə sağ olun…”


axar.az dle 10.5
loading...
  • Admin
    Нравится 0

    gghgghghghgfgggghggghggg