Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərlə bağlı məlumat yayıb. YAP-ın Unikal.org-a verilən məlumatında deyilir: “Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər başa çatmışdır. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə […]
“Exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir” – Əli Əhmədov
“Növbədənkənar parlament seçkiləri başa çatdı. Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir”. Unikal.org-un məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb. Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə partiyanın üzvlərini təbrik edə bilər: “Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. […]
Bu günki seçkilərdə iştirak edən seçicilərin sayı AÇIQLANDI
Azərbaycanda keçirilən parlament seçkilərində yekun – saat 19:00-dək olan seçici fəallığı açıqlanıb. Unikal.org-un xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.
ABŞ müşahidəçiləri: “Seçkilər şəffaf keçirildi”
“Bu gənc ölkəyə səfər etmək və seçki prosesini müşahidə etmək çox xoş idi”. Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın müşahidə missiyasının üzvü, siyasətçi və ictimai xadim Mitç Silbermen parlament seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib. “Müşahidələrimiz göstərir ki, seçkilər çox şəffaf keçdi. Biz seçkilərdəki bir çox yeniliklərə […]