Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Doğrusöztv.Az xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının […]
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb. Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma […]
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Doğrusöztv.Az xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin […]
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Cari ilin 15 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də […]
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır – “Azəriqaz”
Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir. Doğrusöztv.Az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir. Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın […]
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Polşanın https://new.org.pl xəbər portalında Varşava Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Dr.Şəhla Kazımovanın müəllifliyi ilə məqalə yayımlanıb. Doğrusöztv.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Dağlıq Qarabağ uğrunda müharibə Polşa jurnalistikasının əyri güzgüsündə” başlıqlı məqalədə münaqişəsinin tarixi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Ermənistan və onun havadarlarının BMT-nin və […]
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa səfəri ilə bağlı növbəti paylaşım edib. Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək!”.
İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin […]
Qısa zamanda bütün vətəndaşlarımızın peyvənd olunmasını hədəfləyirik – Ərdoğan
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “Sinovac” vaksini ilə peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü yaxşı hiss etdiyini söyləyib. Doğrusöztv.Az xəbər verir ki, dövlət başçısı Ankara Şəhər Xəstəxanasında “Sinovac” vaksini vurdurandan sonra mətbuat qarşısına çıxıb. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, qısa zamanda bütün Türkiyə vətəndaşlarının peyvənd olunması […]
Ərdoğan koronavirusa qarşı peyvənd olundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edilib. Doğrusöztv.Az xəbər verir ki, peyvəndləmə Ankara Şəhər Xəstəxanasında həyata keçirilib. Qeyd edək ki, dünən də Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda peyvənd edilmişdi.