Главная > Ana Səhifə > Lachin Rayonunun Deputati Mahir Abbaszade

Lachin Rayonunun Deputati Mahir Abbaszade


4-11-2015, 21:28. Разместил: Admin
Lachin Rayonunun Deputati Mahir Abbaszade
Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir

1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi. 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis. 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyir.

Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir.

İngilis, rus, türk dillərini bilir.

Ailəsi:
Ailəlidir 3 övladı var

Tanınmış Azərbaycan şairi Zahir Abbasın qardaşıdır.

Elmi fəaliyyəti:
Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir

Siyasi fəaliyyəti:
Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmiş və millət vəkili seçilmişdir. dle 10.5
Вернуться назад