DogruSozTv.Az
Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verirDövlət qurumunda işləmək istəyənlərin NƏZƏRİNƏ - 508 boş iş yeri var“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edildiMüdafiə Nazirliyi: Azərbaycan özünü silahla təmin edirFransa Prezidenti Novruz Məmmədovu mükafatlandırdıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşübMəzunlara sertifikatlar təqdim olunubBakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır - FOTOAzad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"
» » İlham Əliyev yeni Dövlət Komissiyası yaratdı

14-11-2016, 14:28İlham Əliyev yeni Dövlət Komissiyası yaratdı

İlham Əliyev yeni Dövlət Komissiyası yaratdı


Azərbaycan Prezidenti İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb.

Sərəncamda qeyd olunur ki, göstərilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.

Dövlət Komissiyasına bu sərəncamda göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırsın, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirsin, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.


Olke.az
dle 10.5
loading...