DogruSozTv.Az
Üçüncü qardaş da general-leytenant olduƏli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi (YENİLƏNİB)Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşınıPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyibSOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi
» » Şahbaz Quliyevin vəziyyəti ağırdır - Girovluq

11-11-2016, 12:12Şahbaz Quliyevin vəziyyəti ağırdır - Girovluq

Şahbaz Quliyevin vəziyyəti ağırdır - Girovluq


Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. Bu haqda məlumat verən qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, onlardan ailələri üçün məktublar alınıb, eyni zamanda onların məktubları ailələrinə çatdırılıb.


Musavat.com xəbər verir ki, məsələ ilə bağlı erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə atasının yazdığı məktub barədə məlumat verib. O deyib ki, atasının öz qardaşına yazdığı məktub onlara çatıb. Məktubda vəziyyətinin yaxşı olduğunu deyib, hamıya salam göndərib.

Lakin K.Əsgərov atasının vəziyyətinin yaxşı olduğuna inanmır: “Atam bizim nigarançılığımızı düşündüyü üçün yazır ki, vəziyyəti yaxşıdır. O, belə yazmaqla deyil, əslində onun vəziyyətinin yaxşı olmadığını hamımız bilirik. Erməni əlində olan bir insan necə yaxşı ola bilər?”

Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev isə bildirib ki, əmisi məktubunda yazıb ki, hər şey yaxşıdır, narahat olmayın:

“Biz ona qış paltarı göndərmək istəyirdik, əmim məktubda isti paltarlarının olduğunu, səhhətinin qaydasında olduğunu yazıb. Əmim hamıya salam söyləyib”.

Şahbaz Quliyevin məktubu isə dünənədək ailəsinə çatmayıb. Şahbaz Quliyevin qardaşı İlham Quliyev bildirib ki, qardaşına yazdıqları məktuba cavab yoxdur: “Şahbazın səhhətində ciddi problemlər var. BQXK nümayəndələri tərəfindən Şahbazın yeni görüntüləri bizə göstərilib. Qardaşımın yeni çəkilmiş şəkillərini bizə kompüterdə göstərdilər. Tanınmaz hala düşüb. Girov düşməmişdən əvvəl Şahbazın çəkisi 110 kiloqramdan çox idi. Şəkli görəndə Şahbazı tanımadıq. O qədər arıqlayıb ki, tanınmaz halda idi. Çəkisi heç 50 kiloqram da qalmayıb. Əminəm ki, Şahbazın vəziyyəti ağırdır. O, bizim məktubumuza cavab verməyib. Hamımız narahatıq. Dilqəm ailəsinə məktub yazıb. Amma Şahbazdan məktub gəlməyib. Qardaşımın şəkillərini Bakıya gələn ermənilərə göstərmək lazımdır. Onlar bilməlidirlər ki, biz ermənilərə necə münasibət göstəririk, onlar isə Şahbazgilə əziyyətlər verirlər”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Onlarla birlikdə Kəlbəcərə gedən Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən güllələnərək öldürülüb. H. Həsənovun meyiti təxminən 40 gün sonra düşməndən alınaraq Bakıda dəfn edilib.

Erməni işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycan hökumətinin bir sıra cəhdlərinə baxmayaraq onları azad etmək hələ də mümkün olmayıb. Ermənistan azərbaycanlı girovların buraxılması üçün separatçı Dağlıq Qarabağ rejiminə “dövlət” olaraq rəsmi şəkildə müraciət edilməli olduğunu bildirib.

Axar.Az
dle 10.5
loading...