DogruSozTv.Az
Bakıda kişinin şantaj etdiyi iki qadın intihar etdi – TəfərrüatlarAilə FACİƏSİ: oğlunu öldürən ana... - FOTOSahil Babayev pensiyaların artırılacaq vaxtı açıqladı.YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilibƏli Əhmədov: 20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıbDeputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdıElton Məmmədova yeni vəzifə VERİLDİRonaldu ağır xəstəliyə tutulubVilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı - FOTOƏr arvada dəhşət yaşatdı: “Uşağın atası mən deyiləm...” - Şok təfərrüatAzərbaycan narkotacir "ovu": 1 nəfər qadın və iranlı tələbə tutuldu - Dəstənin digər üzvləri aradan çıxmaq istəyən zaman qəza törətdilər - FOTOAzərbaycanda beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradılıbElnur qadın həmkarı ilə hamamda - "Bircə bu qalmışdı" - FOTOZakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib"Evdə çılpaq gəzirəm. Kimə nə?" - FOTOAzərbaycanlı müğənnidən AÇIQ-SAÇIQ POZ - FOTODaha bir BİABIRÇI HADİSƏ: 13 yaşlı qız 10 yaşlı oğlandan hamilə qaldı - FOTOPrezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək varAzərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaqATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır (FOTO)ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir - Li LitzenbergerAzərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum olduAzərbaycan Respublikası Baş Prokurorluğunun Tender elanıÇində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair ÜST-ün və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsiSamir Nuriyev iclasda icra başçısını TƏNQİD ETDİPrezident İlham Əliyev: Taksi sürücülərinin tibbi müayinədən keçməsi təşkil olunmalıdırSeçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılırXalq artistini ayağından güllələyiblər - FOTOPensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaqBakı-Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcəkSOCAR son iki ildə İtaliyaya 16 milyon tonadək Azərbaycan nefti nəql edibPrezident İlham Əliyev: Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdiBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin hesabatını verdi (FOTO)Heydər Əliyev Fondu bullyoz epidermoliz xəstəliyi olan uşaqları dərman preparatları ilə təmin edib (FOTO)Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak ediblərOğrular dükanı rəqs edərək soydular - VİDEOYuxusuzluq kişilərdə bu xəstəliyə gətirib çıxarır - DİQQƏT!45 yaşlı qadın 22-ci dəfə ana olacaq - FOTORusiyalı ekspert: "Azərbaycan Rusiya üçün Cənubi Qafqazda mühüm ölkədir"Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin M Ə L U M A T IHindistanda “ilan adam” aşkar edildiSON DƏQİQƏ! Baş direktor işdən çıxarıldı - Yeni təyinat varHəkim təcili yardım maşınında xəstəni döydü"Deyirlər ki, Kəmalə ilə evlən"Parlament seçkilərində seçiciyə səsvermə vəsiqəsinin verilməsi BU TARİXDƏ başa çatır"Sənətim sənin yaşından çox-çox böyükdür" - Efirdə aparıcıya ƏSƏBLƏŞDİ - FOTO"Bağışlamağ"ı öyrənmək üçün 12 min ödədilər - FOTOHeydər Əliyev Mərkəzində "Kremerata Baltika" kamera orkestri və pianoçu Lyuka Debarqın konserti keçiriləcək
» » Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

10-12-2019, 12:59Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

loading...
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir. Tibbdə qərarların demək olar ki, 80%-i xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər laboratoriya tədqiqatları əsasında qəbul edilir.

Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. Dünyanın sivil ölkələrinin ən yaxşı klinikaları geniş və yüksək dərəcəli laborator xidmətinə malikdirlər.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası ən müasir avadanlıqlara malik olmaqla yanaşı göstərdiyi xidmətin keyfiyyətinə görə ölkəmizdəki tibb müəssisələri arasında birincilər sırasındadır. Laboratoriyanın rəisi Sevinc Gülmalıyeva ilə söhbətimizdə tibbi diaqnostikada laboratoriya tədqiqatlarının rolu, laboratoriyada istifadə olunan müasir avadanlıqlar və göstərilən xidmətlər, xarici klinikalarla əməkdaşlıq və digər məsələlərdən danışdıq.

- Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Xahiş edirik, laboratoriyanın fəaliyyəti haqqında məlumat verəsiniz.

- Fasiləsiz olaraq 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərən laboratoriyamız müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoloji və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir. Onu da deyim ki, hospitalımızda laborator analizlər beynəlxalq standartlara uyğun müasir analizatorlarda peşəkar həkim laborantlar tərəfindən aparılır.

- Səhv etmirəmsə, bu yaxınlarda laboratoriyanız İSO keyfiyyət sertifikatına layiq görülüb.

- Doğru qeyd etdiniz. Laboratoriyamız 9 avqust 2019-cu il tarixində ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatını alıb. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının tibbi laboratoriyalarının fəaliyyətinin keyfiyyətinə və səlahiyyətliliyinə olan tələblərindən ibarətdir.

Laboratoriyanın ISO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və nəticədə pasiyentlərin məmnunluğuna zəmanət verir. İSO sertifikatının mövcud olması həm də o deməkdir ki, bizim laboratoriyada verilən analizin nəticələri beynəlxalq standartlara uyğun olduğundan, xarici ölkələrin klinikaları tərəfindən də qəbul edilir.

- Laboratoriyanızda istifadə etdiyiniz avadanlıqlar və reaktivlər müasir tələblərə cavab verirmi? Buna necə nail olursunuz?

- Laboratoriyamızda istifadə olunan bütün avadanlıqlar beynəlxalq standartlara tam uyğundur. Əsasən Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avtomatlaşdırılmış avadanlıqlardan istifadə edirik. Laborator avadanlıqların tənzimlənməsi və texniki servisin normativ tələblərə uyğun aparılması vaxtı-vaxtında həyata keçirilir. Həm avadanlıqları, həm də kimyəvi reaktivləri seçəndə və istifadə edəndə ISO 15189:2012 standartlarının tələblərinə uyğun hərəkət edirik. İSO-nun, eləcə də ABŞ-ın və Avropanın standartlarına uyğun olaraq yalnız keyfiyyətli avadanlıqlardan və reaktivlərdən istifadə edirik. Bütün avadanlıqlar və kimyəvi reaktivlərin seçimi və logistikası xüsusi qaydalara uyğun olaraq aparılır.

- Laboratoriyanızda analizlərin nəticələrinin məxfiliyi necə təmin olunur?

- Laboratoriyamızda analizlərin nəticələrinin məxfiliyinin qorunmasına çox böyük önəm verilir və bunun üçün lazımi tədbirlər görülür. Nümunə qəbulu otağına pasiyentlər monitordan şəxsi kod nömrəsilə dəvət olunur. Xəstələrin analizlərinin bütün nümunələri barkodlaşdırılır. Pasiyentlər analizlərin nəticələrini Mərkəzi Gömrük Hospitalının qeydiyyat şöbəsindən çap olunmuş versiyada götürməklə yanaşı, həm də Hospitalın internet səhifəsində yaradılmış şəxsi kabinetlərindən öz identifikasiya kodlarını daxil etməklə və Hospitalın Çağrı mərkəzinə zəng etməklə əldə edə bilirlər.

- Xəstələr analizlərinin nəticələrini almaq üçün nə qədər gözləməli olurlar?

- Laboratoriyamızda ən müasir metodlardan istifadə etdiyimiz üçün pasiyentlər analizlərin nəticələrini növündən asılı olaraq hətta bir neçə dəqiqə müddətində də əldə edə bilirlər. Həmçinin, səyyar xidmət də göstəririk. Pasiyentin ünvanına gedərək lazımi analizlər üçün nümunələri götürürük. Eyni zamanda bizdə elə xüsusi qablar var ki, material 72 saat ərzində orada xarab olmur. Daha analiz vermək üçün xəstənin Hospitala gəlməsinə ehtiyac qalmır.

- Laboratoriyanız xarici ölkələrin tibb ocaqlarının laboratoriyaları ilə əməkdaşlıq edirmi? Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə tədbirlər, təcrübə mübadiləsi həyata keçirirsinizmi?

- Laboratoriyamız xarici ölkə klinikalarının laboratoriyaları ilə əməkdaşlığa, əlaqələrin qurulmasına da böyük önəm verir. Əməkdaşlarımız mütəmadi olaraq xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edir, təcrübə mübadiləsi aparırlar. Hospitalımızın Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq müqaviləsi əsasında həkimlərimiz qarşılıqlı təcrübə mübadilələrində, təkmilləşdirmə kurslarında və təlimlərdə iştirak edirik.

Doğrusöztv.Az dle 10.5
loading...