DogruSozTv.Az
Bakıda kişinin şantaj etdiyi iki qadın intihar etdi – TəfərrüatlarAilə FACİƏSİ: oğlunu öldürən ana... - FOTOSahil Babayev pensiyaların artırılacaq vaxtı açıqladı.YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilibƏli Əhmədov: 20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıbDeputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdıElton Məmmədova yeni vəzifə VERİLDİRonaldu ağır xəstəliyə tutulubVilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı - FOTOƏr arvada dəhşət yaşatdı: “Uşağın atası mən deyiləm...” - Şok təfərrüatAzərbaycan narkotacir "ovu": 1 nəfər qadın və iranlı tələbə tutuldu - Dəstənin digər üzvləri aradan çıxmaq istəyən zaman qəza törətdilər - FOTOAzərbaycanda beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradılıbElnur qadın həmkarı ilə hamamda - "Bircə bu qalmışdı" - FOTOZakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib"Evdə çılpaq gəzirəm. Kimə nə?" - FOTOAzərbaycanlı müğənnidən AÇIQ-SAÇIQ POZ - FOTODaha bir BİABIRÇI HADİSƏ: 13 yaşlı qız 10 yaşlı oğlandan hamilə qaldı - FOTOPrezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək varAzərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaqATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır (FOTO)ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir - Li LitzenbergerAzərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum olduAzərbaycan Respublikası Baş Prokurorluğunun Tender elanıÇində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair ÜST-ün və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsiSamir Nuriyev iclasda icra başçısını TƏNQİD ETDİPrezident İlham Əliyev: Taksi sürücülərinin tibbi müayinədən keçməsi təşkil olunmalıdırSeçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılırXalq artistini ayağından güllələyiblər - FOTOPensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaqBakı-Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcəkSOCAR son iki ildə İtaliyaya 16 milyon tonadək Azərbaycan nefti nəql edibPrezident İlham Əliyev: Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdiBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin hesabatını verdi (FOTO)Heydər Əliyev Fondu bullyoz epidermoliz xəstəliyi olan uşaqları dərman preparatları ilə təmin edib (FOTO)Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak ediblərOğrular dükanı rəqs edərək soydular - VİDEOYuxusuzluq kişilərdə bu xəstəliyə gətirib çıxarır - DİQQƏT!45 yaşlı qadın 22-ci dəfə ana olacaq - FOTORusiyalı ekspert: "Azərbaycan Rusiya üçün Cənubi Qafqazda mühüm ölkədir"Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin M Ə L U M A T IHindistanda “ilan adam” aşkar edildiSON DƏQİQƏ! Baş direktor işdən çıxarıldı - Yeni təyinat varHəkim təcili yardım maşınında xəstəni döydü"Deyirlər ki, Kəmalə ilə evlən"Parlament seçkilərində seçiciyə səsvermə vəsiqəsinin verilməsi BU TARİXDƏ başa çatır"Sənətim sənin yaşından çox-çox böyükdür" - Efirdə aparıcıya ƏSƏBLƏŞDİ - FOTO"Bağışlamağ"ı öyrənmək üçün 12 min ödədilər - FOTOHeydər Əliyev Mərkəzində "Kremerata Baltika" kamera orkestri və pianoçu Lyuka Debarqın konserti keçiriləcək
» » “Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

4-12-2019, 12:46“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

loading...
“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb.

Doğrusöztv.Az Trend -ə istinadən bildirir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 3-də ABŞ-Azərbaycan Ticarət Palatası, “Azərxalça” ASC və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.
ABŞ-da yaşayan soydaşlarımızın, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın, bu ölkənin tanınmış ictimai xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb və sərgi haqqında məlumat verib.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Azərbaycan xalçalarının Vaşinqtonda sərgisinin mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.

“Azərxalça” ASC İdarə Heyəti sədrinin müavini Orxan Rzayev çıxış edərək xalçaçılıq tarixindən danışıb, bu tarixi ənənənin hazırda Azərbaycan dövləti tərəfindən xüsusi qayğı ilə yenidən bərpa edildiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün ən yüksək inkişaf dövrünü yaşayır. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 13 min kvadratmetrdən çox xalça toxunub.

Orxan Rzayev deyib ki, Azərbaycan dövləti tarixi xalçaçılıq mərkəzi olan Qarabağda xalça fabriklərinin yaradılmasına xüsusi önəm verir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam,Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsindədir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində yaradılıb.

Bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Azərbaycan dövləti tarixi Qarabağ xalçalarını yaşadaraq onun əvvəlki şöhrətini özünə qaytarır.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, “Azərxalça” ASC ilə ABŞ-Azərbaycan Ticarət Palatasının birgə keçirdiyi tədbirlər həftə ərzində davam etdiriləcəkdir.

“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)

“Azərxalça”nın filiallarında toxunan xalçaların ABŞ-da sərgisi açılıb (FOTO)


Doğrusöztv.Az dle 10.5
loading...