DogruSozTv.Az
Prezidentdən Zakir Fərəcovla bağlı SƏRƏNCAMƏli Əsədov təhsillə bağlı qərar verdi – İdarəetmə Qrupu yaradıldıARB-dən İbrahim Məmmədovla bağlı - AçıqlamaFransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıbƏn çox yüklənən 3'cü tətbiq: TikTok 1.5 milyardı keçdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlibSumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAğcabədi Rayonuna yeni başçı təyin edilib.Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edibKəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüşNazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonundaBolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasıİsrailin yeni səfiri sabah Azərbaycana gəlirSabunçuda avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycan Respublikasının Baş Prokurorluğu təkzib edirErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLARFənərbaxça və Beşiktaş qarşı-qarşıya! Transfer müharibəsi başladı ...Azərbaycanlı qız yarım kilo qızılı və pulları götürüb sevgilisi ilə qaçdı - VİDEOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda 41 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verdiƏlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaqş. FOTOLARİlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edibStilist xanımından Turan İbrahimova: "Son nəfəsimədək yanımda ol"Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri.İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibMüdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib. FotolarƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqAzərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub (FOTO)Ayın 18-nə olan hava proqnozu - Çiskin, dumanPrezident Ərdoğan: Tarixi gənclərimiz yazacaqlar.BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkibMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edibİcra başçısı 1-ci müavini vəzifəsindən azad edildiİlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO15.11.2019 Gündəlik Bürclər (15 Noyabr 2019)Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələrində dəyişiklik edilibElmar Məmmədyarov: Ermənistan rəsmilərinin səsləndirdiyi əsassız bəyanatlar...Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklərƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdiİntensiv yağış yağacaq - HAVA PROQNOZUPrezident İlham Əliyev: Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıqSağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldıIdmançı məşq zamanı dünyasını dəyişdi.Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilibMüdafiə naziri əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyibMehriban Əliyevadan Konstitusiya günü təbrikiAzərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcəkPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)Günün qoroskopu: xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür
» » Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir

6-11-2019, 16:22Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir

Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir


Ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə gündəmə gəlmək cəhdidir. Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?!

Dogrusoztv.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: “İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz.
Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər.
İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu “demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər”.
S.Novruzov vurğulayıb ki, o vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır: “Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?

Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, “İsa Qəmbər genetik xəstədir”. İndi görəsən o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə-bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.

Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür.
Yəni o dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzalqaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar”.

S.Novruzov vurğulayıb ki, bu dəyirmi masa da sadəcə gündəmdə qalmaq cəhdidir: “Onlar insanların yadından çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq”. dle 10.5
loading...