DogruSozTv.Az
3 gün evdə ölmüş arvadı ilə yaşadı, fərqində olmadıDövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıbİqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib.Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən alışıb yandı. VideoErmənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi yenədə pozulub.Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. FOTOLARMehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət etdi - FOTOLARAzərbaycanda Bələdiyyə sədri həbs edildi.Bakıda tələbə qızların zəhərlənmə SƏBƏBİ BİLİNDİPrezidentdən Zakir Fərəcovla bağlı SƏRƏNCAMƏli Əsədov təhsillə bağlı qərar verdi – İdarəetmə Qrupu yaradıldıARB-dən İbrahim Məmmədovla bağlı - AçıqlamaFransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıbƏn çox yüklənən 3'cü tətbiq: TikTok 1.5 milyardı keçdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlibSumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAğcabədi Rayonuna yeni başçı təyin edilib.Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edibKəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüşNazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonundaBolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasıİsrailin yeni səfiri sabah Azərbaycana gəlirSabunçuda avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycan Respublikasının Baş Prokurorluğu təkzib edirErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLARFənərbaxça və Beşiktaş qarşı-qarşıya! Transfer müharibəsi başladı ...Azərbaycanlı qız yarım kilo qızılı və pulları götürüb sevgilisi ilə qaçdı - VİDEOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda 41 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verdiƏlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaqş. FOTOLARİlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edibStilist xanımından Turan İbrahimova: "Son nəfəsimədək yanımda ol"Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri.İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibMüdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib. FotolarƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqAzərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub (FOTO)Ayın 18-nə olan hava proqnozu - Çiskin, dumanPrezident Ərdoğan: Tarixi gənclərimiz yazacaqlar.BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkibMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edibİcra başçısı 1-ci müavini vəzifəsindən azad edildiİlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO15.11.2019 Gündəlik Bürclər (15 Noyabr 2019)Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələrində dəyişiklik edilibElmar Məmmədyarov: Ermənistan rəsmilərinin səsləndirdiyi əsassız bəyanatlar...Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklərƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdiİntensiv yağış yağacaq - HAVA PROQNOZU
» » Əli Əhmədov: "Bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram"

4-11-2019, 13:01Əli Əhmədov: "Bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram"

Əli Əhmədov: "Bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram"

Baş Nazirin müavini, hakim Yeni Azərabycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov "Bələdiyyə seçkiləri - partiyamızın yeni uğur şansı" başlıqlı məqalə yazıb.
Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, məqalədə deyilir: "Bir neçə gündür ölkədə bələdiyyə seçkilərinə start verilib. Dekabrın 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi seçiləcək. 16 minə yaxın insan ölkənin yerli özünüidarə orqanlarında təmsil olunacaq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həll olunmasında, bütünlükdə inkişafın təmin edilməsi prosesində yaxından iştirak edəcək.
Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib. Hazırda Seçki Məcəlləsinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesi davam edir. Çalışmışıq ki, ən layiqli namizədlər irəli sürülsün. Partiyanın bu barədəki qərarının düzgün və ədalətli olduğuna inanıram. Ona da əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcək. Müəyyən etdiyimiz namizədlər arasında gənclərə və qadınların nümayəndələrinə xüsusi diqqətlə yanaşıldığını ayrıca vurğulamaq istəyirəm".
Ə.Əhmədov bildirib ki, seçkilər hər bir partiyadan ötrü sınaq anıdır: "Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Bu elə bir fürsətdir ki, partiya öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirilməsi mümkün olur. Digər bir tərəfdən, bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir. Xüsusilə, partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsi toplayır, digər tərəfdən isə, bələdiyyələrə seçilənlər bələdiyyələrin həyatında yaxından iştirak etməklə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar. Yeni Azərbaycan Partiyasının nümunəsindən deyə bilərəm ki, vaxtilə bələdiyyə üzvü seçilib xidmət göstərərək özünü tanıda bilmiş bir sıra partiya nümayəndələri sonralar Milli Məclisə üzv seçilmiş, yaxud dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə irəli çəkilmişlər.
Bu ilin bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası xalqa xidmət devizi altında gedir. Amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhvə verilməsindən ibarətdir. Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil.
Etiraf etmək lazımdır ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya (və ya partiyalar) istər-istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir. Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır".
YAP-ın Sədr müavini - İcra katibi qeyd edib ki, seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması Azərbaycanda bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir: "Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi təşkilatların demokratik prinsiplərdən imtina edərək radikal siyasi fəaliyyət metodlarına istinad etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur. İcazəsiz mitinqlər keçirmək, qarşıdurma yaratmaq, sabitliyi pozmağa cəhd göstərmək onların siyasi arsenalında başlıca üsullardır. Belə metodlar həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır, radikalizmin ifrat formasının baş qaldırılmasına rəvac verir. Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstərməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır. Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur". dle 10.5
loading...