DogruSozTv.Az
3 gün evdə ölmüş arvadı ilə yaşadı, fərqində olmadıDövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıbİqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib.Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən alışıb yandı. VideoErmənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi yenədə pozulub.Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. FOTOLARMehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət etdi - FOTOLARAzərbaycanda Bələdiyyə sədri həbs edildi.Bakıda tələbə qızların zəhərlənmə SƏBƏBİ BİLİNDİPrezidentdən Zakir Fərəcovla bağlı SƏRƏNCAMƏli Əsədov təhsillə bağlı qərar verdi – İdarəetmə Qrupu yaradıldıARB-dən İbrahim Məmmədovla bağlı - AçıqlamaFransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıbƏn çox yüklənən 3'cü tətbiq: TikTok 1.5 milyardı keçdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlibSumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAğcabədi Rayonuna yeni başçı təyin edilib.Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edibKəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüşNazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonundaBolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasıİsrailin yeni səfiri sabah Azərbaycana gəlirSabunçuda avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycan Respublikasının Baş Prokurorluğu təkzib edirErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLARFənərbaxça və Beşiktaş qarşı-qarşıya! Transfer müharibəsi başladı ...Azərbaycanlı qız yarım kilo qızılı və pulları götürüb sevgilisi ilə qaçdı - VİDEOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda 41 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verdiƏlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaqş. FOTOLARİlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edibStilist xanımından Turan İbrahimova: "Son nəfəsimədək yanımda ol"Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri.İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibMüdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib. FotolarƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqAzərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub (FOTO)Ayın 18-nə olan hava proqnozu - Çiskin, dumanPrezident Ərdoğan: Tarixi gənclərimiz yazacaqlar.BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkibMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edibİcra başçısı 1-ci müavini vəzifəsindən azad edildiİlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO15.11.2019 Gündəlik Bürclər (15 Noyabr 2019)Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələrində dəyişiklik edilibElmar Məmmədyarov: Ermənistan rəsmilərinin səsləndirdiyi əsassız bəyanatlar...Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklərƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdiİntensiv yağış yağacaq - HAVA PROQNOZU
» » Azərbaycan ABŞ-da nota verəcək

30-10-2019, 17:36Azərbaycan ABŞ-da nota verəcək

Azərbaycan ABŞ-da nota verəcək


Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı mətbuatın suallarını cavablandırıb.

Doğrusöztv.Az-ın xəbərinə görə, o bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb:
"Səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.
Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.
ABŞ tərəfi Masis Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.
Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı Səfirliyinə etirazını bildirəcək". dle 10.5
loading...