DogruSozTv.Az
3 gün evdə ölmüş arvadı ilə yaşadı, fərqində olmadıDövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıbİqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib.Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən alışıb yandı. VideoErmənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi yenədə pozulub.Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. FOTOLARMehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət etdi - FOTOLARAzərbaycanda Bələdiyyə sədri həbs edildi.Bakıda tələbə qızların zəhərlənmə SƏBƏBİ BİLİNDİPrezidentdən Zakir Fərəcovla bağlı SƏRƏNCAMƏli Əsədov təhsillə bağlı qərar verdi – İdarəetmə Qrupu yaradıldıARB-dən İbrahim Məmmədovla bağlı - AçıqlamaFransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıbƏn çox yüklənən 3'cü tətbiq: TikTok 1.5 milyardı keçdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlibSumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAğcabədi Rayonuna yeni başçı təyin edilib.Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edibKəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüşNazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonundaBolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasıİsrailin yeni səfiri sabah Azərbaycana gəlirSabunçuda avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycan Respublikasının Baş Prokurorluğu təkzib edirErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLARFənərbaxça və Beşiktaş qarşı-qarşıya! Transfer müharibəsi başladı ...Azərbaycanlı qız yarım kilo qızılı və pulları götürüb sevgilisi ilə qaçdı - VİDEOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda 41 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verdiƏlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaqş. FOTOLARİlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edibStilist xanımından Turan İbrahimova: "Son nəfəsimədək yanımda ol"Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri.İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibMüdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib. FotolarƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqAzərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub (FOTO)Ayın 18-nə olan hava proqnozu - Çiskin, dumanPrezident Ərdoğan: Tarixi gənclərimiz yazacaqlar.BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkibMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edibİcra başçısı 1-ci müavini vəzifəsindən azad edildiİlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO15.11.2019 Gündəlik Bürclər (15 Noyabr 2019)Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələrində dəyişiklik edilibElmar Məmmədyarov: Ermənistan rəsmilərinin səsləndirdiyi əsassız bəyanatlar...Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklərƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdiİntensiv yağış yağacaq - HAVA PROQNOZU
» » VƏTƏNƏ ŞƏRƏFLİ XİDMƏT NÜMUNƏSİ

29-10-2019, 23:27VƏTƏNƏ ŞƏRƏFLİ XİDMƏT NÜMUNƏSİ

VƏTƏNƏ ŞƏRƏFLİ XİDMƏT NÜMUNƏSİ

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha
da qüdrətlənmiş, siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş
həmrəyliyinə, iqtisadi inkişafın sürətlənməsinə nail olunmuşdur. Əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi
inkişaf prosesi
ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla
davam edir.


Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun rəhbərliyi
altında Ağcabədi
rayonunda həyata keçirilmiş genişmiqyaslı işlər, qazanılan uğur və
nailiyyətlər genişlənməkdədir. Rayonda “Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa,
quruculuq işləri davam etdirilir. Bu il şəhərin Heydər Əliyev, Üzeyir
Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Hüsü Hacıyev, Səməd Vurğun və
Xəlfərəddin küçələrində abadlıq işləri görülmüş, Üzeyir Hacıbəyli prospekti
355 və Vaqif küçəsi 7 və 9 saylı yaşayış binalarında təmir işləri
aparılmışdır.

Eləcə də Ağcabədi şəhər 2 saylı 100 yerlik Körpələr evi-uşaq bağçasının,
şəhərin Səməd Vurğun küçəsində Avtovağzal kompleksinin, Ağcabədi şəhəri
Üzeyir Hacıbəyli prospektində “ASAN” xidmət mərkəzinin, Hüsülü kənd
ərazisində Dənli Bitki toxumlarının emalı zavodunun, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 18 km olan
Boyat-Biləğan-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi
aparılır.

Əlbəttə ki, dövlətçiliyimizin möhkəmlənməsində, milli-müstəqil
iqtisadiyyatımızın formalaşmasında, son illərdə Ağcabədi rayonunun
tərəqqipərvər qüvvələrinin səfərbər edilməsində RİH başçısı cənab Şahin
Məmmədovun xidmətləri böyükdür. Bu, onun zəngin və şərəfli bioqrafiyasına
nəzər atanda da aşkar görünür:

VƏTƏNƏ ŞƏRƏFLİ XİDMƏT NÜMUNƏSİ


Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub.
1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək
fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi
xidmətdə olub.


1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə
Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Əmək fəaliyyəti məhsuldardır: Şahin Məmmədov 1983-1992-ci illərdə
Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi,
təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit»
mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon
İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə
müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət
Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar
Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb.

Siyasi orientasiyasını çoxdan müəyənləşdirib və düzgün qərar verib:
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən Ulu Öndər
Heydər Əliyev siyasi kursunun tərəfdarıdır. Dövlət qulluğunda təcrübəsi,
siyası dünyagörüşünün zənginliyi nəzərə alınaraq, Azərbaycan Respublikası
Prezdentinin 17 aprel 2004 - cü il tarixli sərancamı ilə Samux Rayon İcra
Hakimiyyətinin Başcısı vəzifəsinə, dövlət başçısının 26 dekabr 2005- ci
tarixli sərancamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə
təyin edilmişdir.

Dövlətə, dövlətçiliyə xidmətləri yüksək dəyərləndirilmişdir. 28 dekabr
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal
iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif
edilmişdir.

Şahin müəllim sözün hərfi mənasında zəhməti ilə ucalanlara nümunədir.
İşlədiyi vəzifələrdə yüksək təşkilatçılığı, prinsipiallığı, yorulmazlığı
ilə seçilib, yüksək məsuliyyət hissi, səriştəlilik göstərə bilib, işlə
yoldaşlığı, vəzifə ilə dostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin
anlarda həmişə öz savadına, bacarığına güvənib. Vəzifəsindən sui-istifadə
etməyib, əməkdaşlarına qarşı diqqətcil olub.

Əsli-nəcabətindən genetik olaraq əxz etdiyi irsi xüsusiyyətləri ilə, halal
çörəkli ata ocağında aldığı tərbiyə ilə, enişli-yoxuşlu həyat yollarında
qazandığı təcrübədən çıxardığı nəticələrlə, elmi və helmi ilə, taleyin onu
rastlaşdırdığı müdrik şəxsiyyətlərdən görüb-götürdüyü üstün məziyyətlərlə
mənəvi-əxlaqi kamillik zirvəsinə yetişmiş Şahin müəllim təkcə başçılıq
etdiyi raonun deyil, ümumən ölkəmizin tərəqqisinə, milli-müstəqil
iqtisadiyyatımızın formalaşmasına sanballı töhfələr vermişdir.
VƏTƏNƏ ŞƏRƏFLİ XİDMƏT NÜMUNƏSİ

Xalqını, dövlətini sevən Şahin Məmmədov Azərbaycan Respublikası
Prezidentinin tapşırıqlarını layiqlə yerinə yetirir, dövlət başçısı
tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, habelə müvafiq yerli
proqramların həyata keçirilməsi üçün gərəkən bütün tədbirləri görür. İcra
başçısı vətəndaşların müraciətlərinə həssas yanaşır, istər vaxtı
müəyyənləşdirilmiş qəbullarda, istərsə də yerlərdə keçirdiyi səyyar
görüşlərdə insanları dinləyir, onların problemləri ilə tanış olur, çox vaxt
çətinlikləri elə yerindəcə həll etmək üçün tapşırıqlar verir, həmçinin,
vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır.
Şahin müəllimin jurnalistlərlə də münasibəti arzuolunan səviyyədədir,
rəhbərlik etdiyi icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı
məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya
vasitələrində məlumatlar verilməsini təmin edir. Ağcabədi Rayon  İcra
hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi
əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların
problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir. Rayon ərazisində
məskunlaşmış laçınlı məcburi köçkün ailələrinin sosial problemlərinin həll
olunmasına imkan daxilində səy göstərir.

Ağcabədi rayon rəhbərliyi rayonda dövlət gənclər siyasətinin uğurla həyata
keçirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli     Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya
qoyulmuş vəzifələrə və dövlət başçısının 2019-cu il fevralın 1-də
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı
çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli
istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına
şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük
hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək
gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsininin vacibliyi
barədə tövsiyələrə əməl olunması üçün məqsədyönlü iş aparılır. Cənab Şahin
Məmmədov gənclərlə bağlı tədbirlərdə mütləq qaydada şəxsən özü iştirak
edir. Yaddaqalan belə tədbirlərdən biri 22 .10. 2019-cu il tarixdə baş
tutub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov
könüllülük fəaliyyəti başa çatmış və yeni müqavilə bağlanmış könüllüləri
qəbul edib. Gəncləri salamlayıb və onları könüllük peşəsini şərəflə, əzmlə
icra etmələri və sertifikat almaları münasibətilə təbrik edib.

Cənab Şahin Məmmədov RİH-nin, yerli idarə, müəssisə və təşkilatların
fəaliyyətində şəffaflığın təmininə xüsusi diqqət yetirir. Fəaliyyəti əks
etdirən sosial-iqtisadi göstəricilər, keçirilmiş səyyar qəbullar və
müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar müəyyən edilmiş
qrafikə əsasən RİAİS sisteminə yerləşdirilir.

Cənab Şahin Məmmədov şəxsən özü, rayon rəhbərliyi KİV-lə münasibətə
açıqdır. RİH başçısı Ağcabədi ilə, onun vətəndaşlarının müraciətləri ilə
bağlı "Doğru Söz" qəzetinin və "DoğruSözTv.Az" Milli İnformasiya
Agentliyinin səhifələrinə çıxmış, ictimailəşdirdiyimiz bütün məsələlərə
həssas yanaşmış, dərhal reaksiya verərək, çox zaman yerindəcə həllinə nail
olmuşdur. Ona görə də qəzetin baş redaktoru və informasiya agentliyinin
rəhbəri olaraq, bu sətirlərin müəllifinin cənab Şahin Məmmədova şəxsən
xüsusi rəğbəti vardır. Həm də mən özüm seyid nəslinin övladı olaraq, Şahin
müəllimin milli-mənəvi, dini-əxlaqi dəyərlərə necə böyük qiymət verdiyinin
şahidi olmuşam və bu fəzil xüsusiyyətini vurğulamağı özümə borc hesab
etdim.

Qəti əminliklə söyləmək olar ki, hazırda Azərbaycanın modern inkişaf etmiş
əyalətlərindən birinə çevrilən Ağcabədi rayonu çox hörmətli Şahin
Məmmədovun düşərli rəhbərliyi altında qazandığı uğurları ilə Azərbaycanın
iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin
mədəni və intellektual potensialının gücləndirilməsinə əhəmiyyətli töhfələr
verir.

"Doğru Söz" qəzetinin və "DoğruSözTv.Az" Milli İnformasiya
Agentliyinin təsisçisi və Baş redaktoru


Seyid İsmayil Abbasov dle 10.5
loading...