DogruSozTv.Az
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydaları dəyişirXarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririkPrezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridirİlham Əliyevin yanında iqtisadi müşavirə keçirilibBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilibİ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblarƏrdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdurAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşübPrezident və ailəsi bölgədə - Qeyri-rəsmi səfər + FOTOLARKöhnə maşını olanlara pis xəbərVilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müəllim dərs zamanı ölüb - AĞSUDAPrezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir.Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb (FOTO)Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir. FOTOLARYuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANATGürcüstanın Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibYaşar Bəşirova yüksək VƏZİFƏ VERİLDİ - FOTOAzərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI: "Bu gün ölkənin əsas problemi ..."İstintaq idarəsinə yeni rəis təyin olunub.Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”Vilayət Eyvazovdan YENİ ƏMR : "102"-ə zəng vuranlar...Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlərDeputat: Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirirBirinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədirBaş Nazirdən müəllimlərə təbrik mesajıPrezident İlham Əliyev Sumqayıtı nümunə göstərdiMətin Feyzioğlu: Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdirBaş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edibProkurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibəti ilə təbrik edirik.Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olunduProkurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.Yeni "Qaynar xətt" nömrəsi istifadəyə verildi. Baş ProkurorluqVilayət Eyvazov yeni rəis təyin etdiNazir əmr imzaladı: Şəxsiyyət vəsiqələrinin verilmə qaydası dəyişirAğcabədidə Dəhşət: Qız Anasını BıçaqladıNovruz Məmmədovdan bu şəxslərin maaşı ilə bağlı MÜHÜM QƏRARPrezident üç ölkəyə yeni səfir təyin etdiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTOAzərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirTəhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb. FOTOPrezident İlham Əliyev Emmanuel Makrona başsağlığı veribYeni avtobuslar hansı istiqamətlərə veriləcək?“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - İlham ƏliyevBu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
» » Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANAT

9-10-2019, 21:00Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANAT

Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANAT

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir:
"İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Bu işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.
Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.
Məscidin “təmir”dən sonra “açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtı ilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?
Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışırlar. Bu bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir". dle 10.5
loading...