DogruSozTv.Az
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydaları dəyişirXarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririkPrezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridirİlham Əliyevin yanında iqtisadi müşavirə keçirilibBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilibİ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblarƏrdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdurAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşübPrezident və ailəsi bölgədə - Qeyri-rəsmi səfər + FOTOLARKöhnə maşını olanlara pis xəbərVilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müəllim dərs zamanı ölüb - AĞSUDAPrezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir.Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb (FOTO)Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir. FOTOLARYuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANATGürcüstanın Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibYaşar Bəşirova yüksək VƏZİFƏ VERİLDİ - FOTOAzərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI: "Bu gün ölkənin əsas problemi ..."İstintaq idarəsinə yeni rəis təyin olunub.Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”Vilayət Eyvazovdan YENİ ƏMR : "102"-ə zəng vuranlar...Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlərDeputat: Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirirBirinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədirBaş Nazirdən müəllimlərə təbrik mesajıPrezident İlham Əliyev Sumqayıtı nümunə göstərdiMətin Feyzioğlu: Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdirBaş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edibProkurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibəti ilə təbrik edirik.Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olunduProkurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.Yeni "Qaynar xətt" nömrəsi istifadəyə verildi. Baş ProkurorluqVilayət Eyvazov yeni rəis təyin etdiNazir əmr imzaladı: Şəxsiyyət vəsiqələrinin verilmə qaydası dəyişirAğcabədidə Dəhşət: Qız Anasını BıçaqladıNovruz Məmmədovdan bu şəxslərin maaşı ilə bağlı MÜHÜM QƏRARPrezident üç ölkəyə yeni səfir təyin etdiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTOAzərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirTəhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb. FOTOPrezident İlham Əliyev Emmanuel Makrona başsağlığı veribYeni avtobuslar hansı istiqamətlərə veriləcək?“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - İlham ƏliyevBu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
» » Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTO

27-09-2019, 22:39Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə hazırlanan "Nəsimi" antreprizası təqdim olunub.

Doğrusöztv.Az AZƏRTAC -a istinadən bildirir ki, tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili" elan edilməsi münasibətilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.
Nizami Kino Mərkəzində nümayiş olunan antreprizanın təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Tamaşanın təqdimatından əvvəl əlilliyi olan şəxslərin Nəsiminin həyat və yaradıcılığına həsr etdikləri, 30-a yaxın incəsənət nümunəsindən ibarət "Nəsimi" sərgisi nümayiş etdirilib.
Leyla Əliyeva sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə söhbət edib.
Sonra "Nəsimi" antreprizası nümayiş olunub.

Plastik üslubda təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edir. Başlanğıcda qanunla ifa edilən musiqidəki hər bir not Nəsiminin ideologiyasının və onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq doğru yola istiqamətlənməsi, bu yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması, onun mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi dünyada nura qovuşmağı böyük məharətlə təqdim olunur.
Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə, plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşada rolları Elşən Əsgərov, Rafael Şahbəyli, Səmayə Ağayarova, Cəmilə Məmmədli, Mehdi Cənnəti, Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev, Pegah Dafe, Riad Sultanov və başqaları ifa ediblər. Tamaşa üçün xüsusi səhnə qurulub, 20-dən çox musiqi bəstələnib, özəl kostyumlar tikilib, əlilliyi olan şəxslərlə işləyən xoreoqraf dəvət olunaraq xüsusi plastik həllərdən istifadə edilib.

Antreprizanın diqqəti cəlb edən fərqli cəhəti tamaşada iştirak edən gənclərin hərəkət məhdudiyyətli olmalarına baxmayaraq, bədii plastikadan bacarıqla istifadə edə bilmələri olub. Onlar istedadlı ifa tərzləri, rəqsləri və s. ilə Nəsimi şeiriyyətinin ruhunu, fəlsəfəsini, ümumən Nəsimi dühasını 55 dəqiqəlik tamaşa boyu auditoriyaya dolğun şəkildə çatdıra biliblər.

Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər ildən-ilə geniş vüsət alır. Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onlar üçün reabilitasiya imkanlarının genişləndirilməsində, sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərinin böyük rolu var. Heydər Əliyev Fondu bu sahəyə, eyni zamanda, əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılması işlərinə mühüm töhfələr verib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərir. Leyla Əliyevanın fiziki məhdudiyyətli insanlara, sosial müəssisələrin sakinlərinə xeyirxah, qayğıkeş münasibəti, habelə həmin müəssisələrə tez-tez gedərək onlarla görüşməsi bunun bariz nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarının dəstəklənməsi sahəsində layihələr həyata keçirir. Həmin məqsədlə ümumrespublika səviyyəli sərgi-yarmarkalar, baxış müsabiqələrinin təşkili, xüsusi bacarıqları ilə fərqlənən əlilliyi olan şəxslərin mükafatlandırılması tədbirləri ənənəvi xarakter alıb. Nazirlik tərəfindən ilk dəfə olaraq sosial müəssisələrin istedadlı sakinlərinin yaradıcılıq fəaliyyətini əhatə edən, 278 səhifəlik "Əlillik qüsur deyil" kitab-albomu nəşr edilib. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərindədir.
Əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq imkanlarını və repertuarını xeyli genişləndirib. Bu dəstək nəticəsində teatrın Moris Meterlinkin "Göy quş" pyesi əsasında hazırladığı eyniadlı tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Hazırlanan "Nəsimi" antreprizası da bu sahədə uğurlu işlərin davamıdır və əlilliyi olan istedadlı şəxslərin Nəsimi yaradıcılığına böyük maraq və məhəbbətini özündə ifadə edir.
Nazirlik ƏSA Teatrı ilə birgə gələcəkdə də bir sıra yeni uğurlu layihələr həyata keçirməyi nəzərdə tutur. dle 10.5
loading...