DogruSozTv.Az
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edərBakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcəkBakıda yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı açıqlanıbPrezident Bilik Günü münasibətiləUniversitetə qəbul olsalar da, imtina etdilərSu Məcəlləsində dəyişiklik edilib - Yeni QADAĞABirinci vitse-prezident Mehriban Əliyeva: "Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun"Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparırBaş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı - Qərarda digər qurumların da adları varBaş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı - Qərarda digər qurumların da adları varBunları etməsəniz XOŞBƏXT ola bilərsiniz - 10 vərdişAğcabədili tələbə Prezident təqaüdünə layiq görüldü.Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.Vilayət Eyvazovdan YENİ TƏYİNATLARPrezident SƏRƏNCAM İMZALADIAzərbaycan - Xorvatiya oyununun təyinatında dəyişiklikƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdi"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”Körpələrinə "Google" adını qoydular - Səbəbi hər kəsi təəccübləndirdiKəlbəcərin təhsil şöbəsinə yeni müdr təyin olunduNəcməddin Sadıkova ağır itki üz verdiNeftçalada dəhşətli qəzada ölənlərin və yaralıların adları bilindiPrezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısını təbrik edibAzərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır”Polis “Hacı Ramin”i axtarır - Dələduz imişVətəndaşların nəzərinə! – Vilayət Eyvazov bu rayonların sakinləri ilə görüşəcəkAzərbaycan ın daxili işlər orqanlarında yeni təyinat olub.Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADIBakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıbTürkiyədə hərbi konvoya hücum olub - Şəhid varDəmir Yolları Sabirabadda baş verən qəza ilə bağlı AÇIQLAMA verdiAğcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.Azərbaycan Respublikası Nazirlər Kabinetinin QərarıZərdabda qanvermə aksiyası keçirilib (FOTO)“Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”Nizami icra başçısı vəzifədən çıxarılır - Etimadı doğrultmayıb“Müğənnilər buna görə qeyrətli oğullardan icazə almalıdır”İranda “Hörümçək adam” tutulduAzərbaycanın FIFA hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblarATƏT-in sədri: Minsk qrupunun işi ilə bağlı nikbinəm (ÖZƏL)Bu gündən Azərbaycan və Türkiyənin birgə taktiki-uçuş təlimləri başlayır - “TurAz Qartalı - 2019”Ermənilər təcavüz etməsin deyə üstünə nəcis yaxdı, dağlara qaçdı - Bağırov Reyhanı necə xilas etdi? HƏYAT HEKAYƏSİ“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirilibÖzünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilibTürkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklərAzərbaycan əhalisinə şad xəbər - Bu gün minlərlə insanın maaşı artdıCüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutubTürkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdiribİran Xəzərdə hərbi təlimlərə start verdiBəy gəlini gətirməyə tankla getdi - MARAQLI
» » "Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”

8-09-2019, 23:58"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”

"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”


Zibil dağları - aysberqin görünən tərəfidir...

DOĞRUSÖZTV.AZ xəbər verir ki, Moderator.az Ermənistanda “məxməri" inqilabçıların yarıtmaz siyasəti haqqında erməni jurnalist Marina Mkrtıçyanın ”Qolos Armenii” nəşrinin 7 sentyabr sayında dərc olunmuş yazısının Azərbaycan oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq kiçik ixtisarla tərcüməsini təqdim edir.

“"Sanitek" dördüncü gün zibilləri təmizləmir, beşinci gün, altıncı...Böyük şəhər metropoliyasında bu ifadə ilə bütün xəbər blokları başlayır. Yalnız qeyri-sanitariya şəraiti, çoxmənzilli binaların zibil qutularında siçovulların məskən salmasını və paytaxt küçələrində it sürülərini hakimiyyətin bacarıqsızlığının təsadüfi təzahürü kimi qəbul etmək lazım deyil.

Həqiqətdə, hakimiyyətin işinin səmərəliliyi bütün sahələrdə sıfırdır, biz hər addımda zibil dağlarını və dəhşətli çirk hiss edirik. Hökumətin funksionallığı mövcud olmayan bir parametrdir. Hakimiyyətin işini bilmək üçün istifadə olunan parametrlər gündəlik olaraq hər yerdə və istənilən bəhanələrlə Nikol ritorikası ilə əvəz edilmişdir. O bütün günü danışır... Bəs, nə vaxt bir iş görməyə başlayacaq?
Gözümüzün qarşısında "hakimiyyət" adı ilə yalnız aysberqin zirvəsi var. Dağıntılarla və siçovullarla dolu olan bu zirvə, idarəetmənin bütün səviyyələrində hakimiyyətin hansı keyfiyyətdə olduğunu əyani şəkildə göstərir. Bu döyüşdə siçovullar artıq qalib gəlib, İrəvana heç vaxt siçovulların belə bir hücumu olmayıb! Hər küncdəki zibil dağları - hakim elitanın ən dəqiq portretidir!
Ən peşəkar iqtisadçılar belə iqtisadiyyatdakı vəziyyətlə bağlı həyəcan təbili çalır. Ötən ilin eyni dövrü ilə müqayisədə birbaşa investisiyaların sayı 11% azalıb.
Yeni hökumət savadlı mütəxəssisləri iş yerlərindən sıxışdırır və bəzən bu pis niyyət güdmədən də edilir. Sadəcə yeni təyin olunmuşlar küçədən gəliblər və buna görə səriştənin nə olduğunu bilmirlər.
Keçmiş yüksək vəzifəli şəxslərin həbsi artıq trend deyil, onlar ictimaiyyəti narahat etmir, insanlar Amulsarın necə olacağından, qazın qiymətinin qalxacağından narahatdırlar, çünki qış qabaqdadır. Hakimiyyət bu suallara cavab vermək iqtidarında deyil, bununla belə qazın qiymətinin qalxacağı ilə bağlı söz-söhbətlər davam edir, bundan sonra yaşamaq dəfələrlə bahalaşacaq ...
Bir daha təkrar edirəm ki, aysberqin görünən hissəsi altında gözəgörünməz bir hissə var: yüzlərlə savadlı mütəxəssislər bir il yarım ərzində iş yerlərini itirib.
Parlament çoxluğunun və yerli səviyyəli rəhbərlərin bacarıqsızlığını müşahidə edərək özümüzü aldatmağa (inandırmağa) çalışırıq, deyirlər ki, bu yalnız parlamentdə, nazirliklərdə, yerli idarələrdə, məktəblərdə, universitetlərdə və sairdə mövcuddur. Özümüzə təlqin edirik ki, vacib olan yerlərdə, taleyüklü qərarların verildiyi yerdə, peşəkarlar məsələləri həll edirlər.
Biz hər zaman və bütün rəhbərlərin dövründə hakimiyyətin kadr siyasətini və ayrı-ayrı təyinatları tənqid edirik, amma indiki vəziyyət unikaldır. Hüquqşünaslar deyirlər ki, istintaq orqanları artıq yüksək peşəkarlıq tələb edən xüsusi bir institut kimi fəaliyyətini dayandırıb.
Məktəblərdə və universitetlərdə kadr dağıntıları hökumətin ixtisaslı kadrlara ehtiyacı olmadığını, mütəxəssislərin hər yerdən, əsasən nazirliklərdən işdən çıxarıldığını, yeni rəhbərlərin dostları və qohumları ilə əvəz edildiyini, savadsızlıq və səriştəsizliyin dövlət siyasəti səviyyəsinə qaldırıldığını göstəricisidir. Kompetensiyasızlıq- bu gün etibarlılığın əsas əlamətidir: Nikol özündən daha ağıllı olanları sevmir ...
O, artıq bəlkə də son vaxtlar bir çox dəhşətli fəlakətlər yaratdığını və ölkəyə, insanlara böyük sınaqlar gətirə biləcəyini anlayıb və buna görə də, bu qorxunu açıq şəkildə hər zaman danışmaqlarla boğmağa çalışır, hər zaman nələrsə söyləyir. İçindəki natamamlıq kompleksi onda stress yaradır. Nikol, düşüncəsizliyi və yüngül xarakteri ilə çiyinlərinə daşıya bilməyəcəyi həddindən artıq yük götürüb, yəni "papaq Senkaya görə deyil"sə.., qapaq geri qaytarılmalıdır.
Baş nazir kütləvi çıxışları ilə o qədər başını qarışdırıb ki, o, artıq özü əcnəbilər üçün şəhər turu keçirmiş, sonra məktəbdə yeni tədris ilinin başlamasına həsr olunmuş dərs keçmiş, sabah Otello rolunda səhnəyə çıxacaq və ya “Şelkunçik” baletindən pa-de de rəqsini edəcəkdir. Əgər o vaxta qədər öz bacarıqsızlığı səviyyəsində teatrda yeni oyun qaydalarını qurmağa çalışan, Paşinyanın ətrafından olan məşhur Madamın günahı üzündən Opera və balet teatrı dağlmayacaqsa.
Səriştəsizlik yalnız etibarlılıq əlaməti deyil, həm də bu hakimiyyətin vizit kartıdır, savadlı işçilər Nikoldan yan keçir. Dövlət maşınını o adamlar idarə edir ki, bu maşının sönməsi üçün əllərindən gələn hər şeyi edirlər. Nikolun kadr siyasəti savadlı mütəxəssislərin - təhsil müəssisələrindən silahlı qüvvələrə qədər hərtərəfli sıxışdırılmasına yönəlmişdir.
Baş verənlərə dair təxminlər bölünür: bəziləri hesab edir ki, baş verənlər kortəbii təzahürlərdən, iqtidarın müvəqqəti xəstəliyindən, siyasətə təzə gələnlərin axmaqlığı və özünəvurğunluğundan yaranır. Digərləri əmindirlər ki, bütün bunların arxasında Nikolun şəxsi rəhbərliyi altında cinayətkar niyyət və dövlət maşınının qəsdən məhv edilməsi dayanır. Ötən gün bir politoloq silahlanmada üstünlüyə malik olan Əliyevin niyə müharibəyə başlamaması sualına cavab verərkən dedi: " O hər gün Ermənistanın içəridən necə dağıldığını görür, ona görə də müharibəyə başlamaq onun nəyinə lazımdır?". Yaxşı, o görür, bəs biz? dle 10.5
loading...