DogruSozTv.Az
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edərBakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcəkBakıda yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı açıqlanıbPrezident Bilik Günü münasibətiləUniversitetə qəbul olsalar da, imtina etdilərSu Məcəlləsində dəyişiklik edilib - Yeni QADAĞABirinci vitse-prezident Mehriban Əliyeva: "Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun"Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparırBaş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı - Qərarda digər qurumların da adları varBaş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı - Qərarda digər qurumların da adları varBunları etməsəniz XOŞBƏXT ola bilərsiniz - 10 vərdişAğcabədili tələbə Prezident təqaüdünə layiq görüldü.Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.Vilayət Eyvazovdan YENİ TƏYİNATLARPrezident SƏRƏNCAM İMZALADIAzərbaycan - Xorvatiya oyununun təyinatında dəyişiklikƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdi"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”Körpələrinə "Google" adını qoydular - Səbəbi hər kəsi təəccübləndirdiKəlbəcərin təhsil şöbəsinə yeni müdr təyin olunduNəcməddin Sadıkova ağır itki üz verdiNeftçalada dəhşətli qəzada ölənlərin və yaralıların adları bilindiPrezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısını təbrik edibAzərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır”Polis “Hacı Ramin”i axtarır - Dələduz imişVətəndaşların nəzərinə! – Vilayət Eyvazov bu rayonların sakinləri ilə görüşəcəkAzərbaycan ın daxili işlər orqanlarında yeni təyinat olub.Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADIBakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıbTürkiyədə hərbi konvoya hücum olub - Şəhid varDəmir Yolları Sabirabadda baş verən qəza ilə bağlı AÇIQLAMA verdiAğcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.Azərbaycan Respublikası Nazirlər Kabinetinin QərarıZərdabda qanvermə aksiyası keçirilib (FOTO)“Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”Nizami icra başçısı vəzifədən çıxarılır - Etimadı doğrultmayıb“Müğənnilər buna görə qeyrətli oğullardan icazə almalıdır”İranda “Hörümçək adam” tutulduAzərbaycanın FIFA hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblarATƏT-in sədri: Minsk qrupunun işi ilə bağlı nikbinəm (ÖZƏL)Bu gündən Azərbaycan və Türkiyənin birgə taktiki-uçuş təlimləri başlayır - “TurAz Qartalı - 2019”Ermənilər təcavüz etməsin deyə üstünə nəcis yaxdı, dağlara qaçdı - Bağırov Reyhanı necə xilas etdi? HƏYAT HEKAYƏSİ“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirilibÖzünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilibTürkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklərAzərbaycan əhalisinə şad xəbər - Bu gün minlərlə insanın maaşı artdıCüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutubTürkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdiribİran Xəzərdə hərbi təlimlərə start verdiBəy gəlini gətirməyə tankla getdi - MARAQLI
» » Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)

28-08-2019, 00:16Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)

Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Doğrusöztv.Az bildirir ki,Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin birinci yarısında, dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.
Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər (Əlavə 1) Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib.
Eyni zamanda, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (Əlavə 2) aparılmış yoxlamalarla 5440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.
2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib. Həmçinin, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənmiş, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilmişdir.
Məktəbəqədər və orta təhsil müəssisələrində aparılmış yoxlamalarla şagirdlərin sayının müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu halda ingilis dili, alman dili, azərbaycan dili və fiziki tərbiyə fənləri üzrə dərslərin siniflərin yarımqruplara bölünməsi ilə keçirildiyi və bu hesaba süni əsas yaradılaraq əlavə əməkhaqqı ödənildiyi, qrupların fəaliyyət göstərməsi üçün lazımi tədris-maddi baza olmadığı halda günüuzadılmış qrupların təşkil edildiyi, ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqlarının yığılması və onların xərclənməsi üzrə uçotun tələb olunan səviyyədə aparılmadığı, maddi-məsul şəxslərin öhdəsində bərk və yumşaq inventarlar üzrə çatışmazlığa yol verildiyi aşkar edilmişdir.
Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasında, hesabatların tərtibi işlərində nöqsanlara yol verilmiş, təsərrüfat əməliyyatlarına müxabirləşmələr verilməmiş, maddi-məsul şəxslərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilələr bağlanılmamışdır.
Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.
Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)

Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)

Doğrusöztv.Az dle 10.5
loading...