DogruSozTv.Az
Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verirDövlət qurumunda işləmək istəyənlərin NƏZƏRİNƏ - 508 boş iş yeri var“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edildiMüdafiə Nazirliyi: Azərbaycan özünü silahla təmin edirFransa Prezidenti Novruz Məmmədovu mükafatlandırdıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşübMəzunlara sertifikatlar təqdim olunubBakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır - FOTOAzad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"
» » Mübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"

3-08-2019, 19:38Mübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"

Mübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"


"İstənilən ölkədə ictimai-siyasi sabitlik ölkə rəhbərliyi tərəfindən aparılan siyasətə və əldə edilən iqtisadi uğurlara bağlıdır. Əgər iqtisadi inkişaf varsa, xalqın maddi vəziyyəti yaxşılaşırsa, eyni zamanda, ölkə rəhbərinin apardığı siyasət xalqın maraqlarını ifadə edirsə, demək, həmin ölkədə ictimai-siyasi sabitlik davamlı, dayanıqlı olacaq. Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə, nailiyyətlərlə davam etdirilməkdədir. Biz ötən bir ili də əgər göz önünə gətirsək, görərik ki, bu müddət ərzində Azərbaycanda iqtisadi, beynəlxalq, eləcə də xalqın sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində çox böyük addımlar atılıb. Cənab Prezidentin sərəncamları ilə təqaüdlərin, əməkhaqlarının artırılması, digər sosial xarakterli proqramların həyata keçirilməsi ölkədə həm iqtisadi vəziyyəti, həm mənəvi durumu, həm də xalq-hakimiyyət münasibətlərini daha yüksək səviyyəyə qaldırıb. Azərbaycanda xalqla hakimiyyət vəhdəti var və biz bu vəhdəti əyani şəkildə görə bilirik. Hansısa bir sahədə müşahidələr aparsaq, eləcə də analitik təhlil etmək istəsək, mütləq şəkildə onun zəncirvari formada digər sahələrlə bağlı olduğunu görə bilərik. Ölkədəki dini durum da bütövlükdə mövcud ictimai-siyasi, sosial-iqtisadi sabitliklə, maliyyə sabitliyi ilə sıx surətdə bağlıdır".
Bu fikirləri "525"ə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumla bağlı hazırkı vəziyyəti şərh edərkən söyləyib.

Komitə sədri bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini durumla bağlı vəziyyət də sabitdir.
M.Qurbanlının sözlərinə görə, bu, dövlətin müəyyən etdiyi dövlət-din modelinin uğurla həyata keçirilməsi, ölkə prezidentinin müəyyən etdiyi siyasi xəttin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, digər müvafiq dövlət, hökumət qurumları tərəfindən ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. "Azərbaycan Qafqazın lider dövlətidir. Lakin ölkəmiz dünyada baş verən hadisələrdən heç də kənarda qala bilmir. Yəni həm ictimai-siyasi sabitlik, həm də insanların hüquq və azadlıqlarının təmin edilməsi baxımından öndə gedən bir ölkə olaraq bizimlə həmsərhəd olan, o cümlədən, bir hissəsi olduğumuz İslam coğrafiyasında baş verən istənilən hadisə biləvasitə bizə də öz təsirini göstərir.

Eyni zamanda, Ermənistan tərəfindən təcavüzə məruz qalmışıq, bu təcavüz nəticəsində ərazimiz işğal olunub və bizə təcavüz edən ölkə bütün sahələrdə Azərbaycan əleyhinə qərəzli və çirkin təbliğat həyata keçirməkdədir. Bütün bunlar da Azərbaycana qarşı yönələn təhdidlərdir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də təhlükəsiz, o cümlədən din sahəsində həyata keçirilən siyasətin nəticələri baxımından sabit ölkədir və bizim üçün bu təhdidlər ümummilli və ümumdövlət maraqlarımız baxımından böyük təhlükə törədən təhdidlər deyil. Yəni vaxtında hüquq-mühafizə orqanları, ideoloji qurumların xətti ilə, eləcə də dövlətin apardığı siyasət nəticəsində bu təhdidləri minimuma endirmişik və hesab edirəm ki, bunlar Azərbaycan üçün hər hansı bir təhlükə törətmək səviyyəsində deyil. Əminliklə deyə bilərik ki, bütövlükdə Azərbaycanda ictimai-siyasi sabitliyi, o cümlədən, dini durumu pozmaq, yaxud dindən sui-istifadə edərək ölkədə qarşıdurma yaratmaq cəhdləri baxımından heç bir təhlükə yoxdur" - deyə, M.Qurbanlı sözlərinə əlavə edib. dle 10.5
loading...