DogruSozTv.Az
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydaları dəyişirXarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririkPrezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridirİlham Əliyevin yanında iqtisadi müşavirə keçirilibBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilibİ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblarƏrdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdurAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşübPrezident və ailəsi bölgədə - Qeyri-rəsmi səfər + FOTOLARKöhnə maşını olanlara pis xəbərVilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müəllim dərs zamanı ölüb - AĞSUDAPrezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir.Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb (FOTO)Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir. FOTOLARYuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANATGürcüstanın Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibYaşar Bəşirova yüksək VƏZİFƏ VERİLDİ - FOTOAzərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI: "Bu gün ölkənin əsas problemi ..."İstintaq idarəsinə yeni rəis təyin olunub.Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”Vilayət Eyvazovdan YENİ ƏMR : "102"-ə zəng vuranlar...Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlərDeputat: Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirirBirinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədirBaş Nazirdən müəllimlərə təbrik mesajıPrezident İlham Əliyev Sumqayıtı nümunə göstərdiMətin Feyzioğlu: Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdirBaş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edibProkurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibəti ilə təbrik edirik.Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olunduProkurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.Yeni "Qaynar xətt" nömrəsi istifadəyə verildi. Baş ProkurorluqVilayət Eyvazov yeni rəis təyin etdiNazir əmr imzaladı: Şəxsiyyət vəsiqələrinin verilmə qaydası dəyişirAğcabədidə Dəhşət: Qız Anasını BıçaqladıNovruz Məmmədovdan bu şəxslərin maaşı ilə bağlı MÜHÜM QƏRARPrezident üç ölkəyə yeni səfir təyin etdiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTOAzərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirTəhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb. FOTOPrezident İlham Əliyev Emmanuel Makrona başsağlığı veribYeni avtobuslar hansı istiqamətlərə veriləcək?“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - İlham ƏliyevBu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
» » Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşüb

29-07-2019, 21:54Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşüb


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşüb.

Dogrusoztv.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə birgə foto çəkdirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşü və aparılan müzakirələri xatırladı, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslandığını qeyd etdi, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. İqtisadi əlaqələrin münasibətlərimizin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını dedi. Birinci vitse-prezident mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdırdı.

Mehriban Əliyeva Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparıldığını qeyd etdi, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirdi, özəl sektorun rolunun artırılmasının zərurliyinə toxundu, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu dedi.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəmizin regionda xüsusi mövqeyə malik olduğunu vurğuladı. Brüno Lö Mer də ölkələrimizin iqtisadi əməkdaşlığının böyük potensialını qeyd etdi, Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.

Görüşdə ölkələrimiz arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
dle 10.5
loading...