DogruSozTv.Az
İlham Əliyev bu şəxslə bağlı SƏRƏNCAM imzaladıAzərbaycanda sığorta bazarı təkmilləşdirilirAzərbaycanda sığorta bazarı təkmilləşdirilirBirinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaqPrezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürübAzərbaycanlı aktrisa vəfat etdi"Öləcək" dedilər, milyarder oldu - FOTODaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.Naqif Həmzəyev: "Qüdrətli Azərbaycan Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır"Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilibPrezident İlham Əliyev: "ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirik"Nazir: Bu il daha çox vakant müəllim yerinin olacağı gözlənilir“Hamı gözəl yaşayır, acından ölənin “Wi-Fi” pulu haradandır?” - Şəbnəm TovuzluBakıda qəribə yırtıcı PEYDA OLDU – ŞOK FOTOSafura Əlizadə yeni doğulan körpəsi ilə - FOTOAzərbaycanlı deputata AĞIR İTKİVilayət Eyvazov Bakı polisinə tapşırıq verdiMəcburi köçkünlərin müavinəti artırıldı — PREZİDENTDƏN FƏRMANXaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu - SƏRƏNCAMSəfir: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir"Hafiz Paşayev: "Azərbaycan diplomatiyası asan yol keçməyib"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edibSabah hava necə olacaq? - PROQNOZ2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”
» » Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ

30-06-2019, 20:24Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ

Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ


“O zabitlərin üstündəki telefonlara Ermənistandan zənglər gəlir, yaxınları ağlayıb yalvarırdılar”

O danışır... O, Azərbaycan əsgərinin hökmündən, qüdrətindən, rəşadətindən, əzmindən, düşmənə nifrətindən danışır. Danışdıqca, gözləri parlayır, üz-gözündən sevinc süzülür, qürur, fəxr dolu sözləri coşqu ilə dilə gətirir, hansısa bir döyüşçünü, yaxud hansısa bir detalı yadından çıxarmamaq üçün sanki həyəcan yaşayır. Hiss edirsən ki, o sənin yanında deyil, heç sənin qarşında da oturmayıb. 3 il əvvəl qalib olduğu döyüşdədi, əsgərlərinin arasında, silahdaşlarının yanındadı. Elə bil ermənilərin postu qoyub qaçdığını indi görür. Elə bil əsgərlərimizin erməni üzərinə ölümü vecinə almadan yüyürdüklərini də indi seyr edir. Söhbətinə mane ola bilmirəm...

O danışdıqca mənim də sevindiyimdən ürəyim sinəmə sığmır. Sözünə ara verməsin deyə,”belə məlumatları niyə əhaliyə də açıqlamırsınız” sualımı da vermirəm. Amma etiraf edirəm, onunla söhbət edənə qədər Azərbaycan Ordusunun qüdrətini belə aydın ifadə edən, ortaya qoyan biri ilə qarşılaşmamışdım.

Həmsöhbətim polkovnik-leytenant, Aprel döyüşlərində II qrup əlil olmuş Vüqar Allahverən oğlu Abduləzimovdu. O, 1977-ci il 9 may günü Laçın rayonu Hacılar kəndində dünyaya gəlib. Ailədə beş uşaq olublar. Özlərinə görə, adi, amma firavan həyat yaşayıblar. Hacılar kimi cənnət bir yurdda, təbii gözəlliklərlə seçilən bir obada başqa cür yaşamaq da mümkün deyildi. Bu xoşbəxtlik 1990-ci illərə qədər davam etdi. Azğınlaşmış ermənilərin kəndlərinə tez-tez basqın etməsi, camaatı qorxu altında saxlaması Hacıların igidlərini narahat etsə də, onlar da mübarizələrindən qalmırdılar. Elin kişiləri kəndin keşiyini çəkir, kustar üsulla düzəldilmiş silahlarla camaatı erməni quldurlarından qoruyurdular. Məhz belə hücumların birində qəhrəmanımın atası Allahverən kişi erməni gülləsinə tuş gəldi, şəhid düşdü.

1991-ci ildə Azərbaycan Ordusu yarandı. Ermənistan silahlı qüvvələririnin - erməni-rus hərbi birləşmələrinin cavabını layiqincə verdi. Amma proseslərin gedişi dəyişdi, xəyanət baş verdi. Acı nəticəsi isə Laçının süqutu oldu. O vaxtlar Vüqargilin ailəsi Bakıya pənah gətirdilər.

Vüqar Nərimanov rayonunda fəaliyyət göstərən 9 saylı Laçın köçkün məktəbində təhsilini başa vurdu. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ildə oranı kəşfiyyat ixtisası üzrə bitirdi, leytenant rütbəsi aldı. 2013-15-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirdi və “Kəşfiyyat” ixtisası üzrə magıstr diplomuna layiq görüldü. Dəfələrlə kəşfiyyat-diversiya xarakterli əməliyyatlarda iştirak etdi. Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə polkovnik-leytenant rütbəsinə yüksəldi. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə təyin olundu. Ailəlidir, 3 övladı var.

- Cənab polkovnik-leytenant, Aprel döyüşünün başlama səbəblərini və əhəmiyyətini bir də sizdən eşitmək istərdik...

- 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi tez-tez pozmağa başladılar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar nəticəsində mülki əhali arasında da ölən və yaralananlar oldu, Ordumuz da şəhid verdi. Artıq Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirdi. Bilirsiniz ki, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Cəbrayılın strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan Ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Xüsusən, Lələtəpənin 22 ildən sonra azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar. Modern.az dle 10.5
loading...