DogruSozTv.Az
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib
» » AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTO

25-06-2019, 23:13AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTO

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) cari yay yarım-sessiyası çərçivəsində 2019-cu il iyunun 25-də "İki nəfər azərbaycanlı mülki şəxsin humanitar işi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin dəstəyi ilə baş tutmuş bu tədbirdə AŞ PA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dogrusoztv.Az Trend-ə istinadən bildirir ki, giriş sözü ilə çıxış etmiş Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanlı girovların məsələsini ötən 5 il ərzində istər AŞ PA-da, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində qaldırdıqları barədə məlumat verib. O, əlaqədar təşkilatların doğru yanaşma sərgiləmədiklərini və ikili standartlardan çıxış etdiklərini qeyd edib. Səməd Seyidov AŞ PA çərçivəsində yazılı bəyanat yayacaqlarını bildirərək, insan hüquqları və demokratik dəyərlərə hörmətlə yanaşan hər bir deputatı bu yazılı bəyanata qoşulmağa dəvət edib.

Tədbirə moderatorluq edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva tədbir və onun təşkil edilməsində əsas məqsəd barədə söz açaraq, işğal edilmiş Azərbaycan torpaqlarında valideyn və qohumlarının qəbirlərini ziyarət edərkən, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin acı taleyinə diqqət çəkib və humanist məqsədlərlə onların pozulmuş hüquqlarının bərpasına nail olmağın vacibliyini bildirib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasiqəsinin acı nəticələri, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. Bu qrup insanların sosial vəziyyəti və mənzil şəraitinin yaxşılaşdırılması istiaqmətində Azərbaycan hökuməti tərəfindən görülmüş geniş miqyaslı işlər barədə məlumat verib. O, Azərbaycanlı köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaq arzusunu vurğulamaqla, beynəlxalq ictimaiyyəti, o cümlədən AŞ PA-nı soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində təsirli addımlar atmağa çağırıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək, azərbaycanlı mülki şəxslərin İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan bütün hüquqlarının pozulduğunu bəyan edib. Girovluqdan öncə və sonra çəkilmiş şəkillərinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qoyulduqlarını açıqlığı ilə göstərdiyini qeyd edən Ç.Əsgərov müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası institularının adekvat reaksiya verməməsinin dərin narahatlıq doğurduğunu ifadə edib. O həmçinin Azərbaycan tərəfinin "hamının hamıya" prinsipi əsasında bütün girovların dəyişdirilməsi təklifinin Ermənistan tərəfindən qəbul edilməməsini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Dialoq və İnkişaf Alyansının (IDDA) rəhbəri Nüşabə Məmmədova təmsil etdiyi qurum, xüsusilə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı görülmüş işlər barədə məlumat verib. O, bu günahsız insanların səhhətində ciddi problemlər yarandığına diqqət çəkərək, beynəlxalq ictimaiyyəti onların acı taleyinə biganə qalmamağa çağırıb.

Tədbirdə həmçinin Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çıxış edib. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanladıqları, lakin prosesin artıq bir neçə ildir uzandığını bildirib. K.Əsgərov atasının səhhətində girovluqda olduğu müddətdə yaranmış kəskin problemlərin onun ailəsində ciddi narahatlıq doğurduğunu qeyd edərək, Avropa Məhkəməsini təcili şəkildə ədalətli qərar çıxarmağa çağırıb. O, eyni zamanda atasından artıq 1 il 8 aydır xəbər almadıqlarını açıqlayaraq, beynəlxalq ictiamiyyəti atasının azad edilməsi üçün təcili tədbirlər görməyə səsləyib.

Tədbirdə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələrindən bəhs edən video-çarx nümayiş etdirilib və iştirakçılarla fikir mübadiləsi aparılıb.

Toplantıya yekun vuran Səməd Seyidov təşkilatın təsis edilməsinin 70 illiyinin qeyd edildiyi bir vaxtda Avropa Şurası məkanında girov götürmüş mülki şəxslərin vəziyyətindən danışmağın təəssüf doğurduğunu bildirib. O, Azərbaycanlı girovların azad olunması üçün bütün səylərin səfərbər olunmasına dair çağırış edib. dle 10.5
loading...