DogruSozTv.Az
İlham Əliyev bu şəxslə bağlı SƏRƏNCAM imzaladıAzərbaycanda sığorta bazarı təkmilləşdirilirAzərbaycanda sığorta bazarı təkmilləşdirilirBirinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaqPrezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürübAzərbaycanlı aktrisa vəfat etdi"Öləcək" dedilər, milyarder oldu - FOTODaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.Naqif Həmzəyev: "Qüdrətli Azərbaycan Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır"Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilibPrezident İlham Əliyev: "ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirik"Nazir: Bu il daha çox vakant müəllim yerinin olacağı gözlənilir“Hamı gözəl yaşayır, acından ölənin “Wi-Fi” pulu haradandır?” - Şəbnəm TovuzluBakıda qəribə yırtıcı PEYDA OLDU – ŞOK FOTOSafura Əlizadə yeni doğulan körpəsi ilə - FOTOAzərbaycanlı deputata AĞIR İTKİVilayət Eyvazov Bakı polisinə tapşırıq verdiMəcburi köçkünlərin müavinəti artırıldı — PREZİDENTDƏN FƏRMANXaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu - SƏRƏNCAMSəfir: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir"Hafiz Paşayev: "Azərbaycan diplomatiyası asan yol keçməyib"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edibSabah hava necə olacaq? - PROQNOZ2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”
» » Böyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunub

17-06-2019, 23:08Böyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunub

Böyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunub


Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub İyunun 17-də görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovun (1933-2019) vəfatının 40-cı günü münasibətilə sənətkarın 1-ci Fəxri xiyabanda məzarı ziyarət olunub. Mərhumun məzarı üzərinə əklil qoyulub, tər çiçəklər düzülüb.
Mərasimdə Arif Məlikovun uzun illər çalışdığı Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşları, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Anım mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bəstəkarın sənət yolundan danışdı, onun yaradıcılığı yüksək qiymətləndirib. “Arif Məlikov böyük bəstəkar idi. Onun hər bir əsəri şedevr idi.
Xalq musiqisi əsasında böyük simfoniyalar yaratmışdı. Mən əminəm ki, onun ənənələrini gələcəkdə tələbələri layiqincə davam etdirəcək. Xoşbəxtəm ki, onunla birlikdə çalışmışam. Bəstəkarlar dünyasını dəyişsə də, onların musiqisi əbədi yaşayır”, - deyə rektor bildirib.
BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə Arif Məlikovun ictimai fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, görkəmli bəstəkar bir deputat, ictimai xadim kimi Azərbaycan xalqının haqq səsinin dəstəklənməsinə böyük töhfələr verib.
Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev böyük sənətkarın tələbələrindən olması ilə fəxr etdiyini deyib. Bildirib ki, Arif Məlikov tələbələrinə həmişə qayğıkeş münasibət bəsləyib: “Bəstəkarın musiqisini dinləyərkən, mümkün deyil ki, onun sehrinə düşməyəsən. Bütün əsərləri mükəmməl idi. Çünki bu əsərlərin daxilində Arif müəllimin qanı və canı ilə yoğrulmuş böyük bir şəxsiyyətin dühası var”.
Xatırladaq ki, dahi bəstəkar 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1948-1951-ci illərdə Bakı Musiqi Texnikumunda oxuyub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb.
Arif Məlikovun musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il may ayının 9-da vəfat edib. dle 10.5
loading...