DogruSozTv.Az
SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verir
» » XİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir

13-06-2019, 00:36XİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir

XİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir
Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Doğrusöztv.Az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verib. Nazir Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışının danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb.

Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini bildirib.


George Tsereteli Azərbaycana səfər etməyindən məmnuniyyət hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğulayıb. O, ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu deyib.

Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb. dle 10.5
loading...