DogruSozTv.Az
SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verir
» » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdi

3-06-2019, 23:39Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edildi.

Onlardan 49 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri 20 Yanvar əlilidir.

Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara, şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə xüsusi qayğısından razılıq hissi ilə bəhs edərək, bu gün onlara yeni avtomobillərin verilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində cari ildə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

O, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb. Müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) də təsis edilib.

Şəhid ailələrinin birdəfəlik ödəmə (11 min AZN) ilə təminatı proqramının artıq 80% icra olunduğunu deyən V.Nəsirli şəhid ailələrinin və müharibə əlillərinin digər sahələrdə də dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. O qeyd edib ki, ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib. Bu vaxtadək isə həmin vətəndaşlara 6654 mənzil verilib. 2019-cu ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil verilməsi nəzərdə tutulub.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobil alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan 28 may 2019-cu il tarixdə 50 ədəd, bu gün daha 50 avtomobil, beləliklə, artıq 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

V.Nəsirli müharibə əlillərinin reabilitasiya imkanlarının da ildən-ilə artırıldığını deyib. O, nazirliyin həm Bakıda, həm də bölgələrdəki bir sıra reabilitasaiya müəssisələrində ən müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması işlərinin aparıldığını, digər tərəfdən, cari ildə yeni bərpa müəssisələrinin inşasına başlanacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, şəhid ailələri və müharibə əlilləri üçün icra olunan bütün sosial proqramlar, eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrini və 20 Yanvar əlillərini də əhatə edir.

Nazirlik yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri Azərbaycanda dayanıqlı xarakter alan inkişaf proseslərinin sosialyönümlü olduğunu, Prezident İlham Əliyevin siyasətinin vətəndaş rifahının təminatı prinsipinə əsaslandığını vurğulayıblar. Onlar aparılan bu siyasətə uyğun olaraq, iqtisadi islahatların uğurlu nəticələrinin məhz əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsinə yönəldildiyini vurğulayıblar. dle 10.5
loading...