DogruSozTv.Az
SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verir
» » Yeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaq

3-06-2019, 23:37Yeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaq

Yeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaq

Sosial sifarişlər əsasında icra olunan layihələr üzrə bu istiqamətlərdə 3,5 dəfə çox olmaqla 200-ə yaxın mərkəz xidmət göstərəcək

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı qeyd olunan insanlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərildiyi mərkəzlərin sayının dəfələrlə artırılmasına imkan verib. Sənədə əsasən, sosial xidmətlər sahəsində yeni istiqamətlər kimi, ayrı-ayrı kateqoriyalar üzrə yeni dəstək mərkəzləri də yaradılacaq.
Sərəncamla xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Bu əsasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri üzrə müvafiq sahələrdə ixtisaslaşmış QHT-lər tərəfindən cari ildə ölkəmizin şəhər və rayonlarında daha 30 günərzi qayğı və 36 icma əsaslı sosial reabilitasiya mərkəzi yaradılmaqla, bu kimi mərkəzlərin sayı 50-dən 116-ya çatdırılacaq.
Sosial sifarişlər əsasında autizm və daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi fəaliyyət göstərirdisə, belə mərkəzlərin sayının 15-ə, surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatırılması təmin ediləcək. Görmə imkanları məhdud uşaqlar üçün əlavə 2 reabilitasiya mərkəzi də yaradılmaqla, artıq 3 belə mərkəz, həmçinin sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi üçün 10 mərkəz, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün (hazırda bu məqsədlə 1 mərkəz var) 15 mərkəz fəaliyyət göstərəcək.
Sosial xidmət sahəsində yeni istiqamət kimi, nazirliyin sosial sifarişləri üzrə ahıllar üçün də 5 günərzi mərkəzi yaradılacaq. Əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası da diqqətdə saxlanılmaqla, bu məqsədlə 10 mərkəzin, insan alveri qurbanları üçün isə 3 reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur.
Göründüyü kimi, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlərin əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsini təmin edir. Digər tərəfdən, Sərəncam sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkilinə, habelə onların sosial reabilitasiyasına yönələn tədbirlərinin gücləndirilməsinə də imkan yaradıb.
Beləliklə, sosial sifarişlər əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə hazırda olduğundan 3,5 dəfə çox olmaqla 200-ə yaxın mərkəz xidmət göstərəcək. dle 10.5
loading...