DogruSozTv.Az
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edərBakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcəkBakıda yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı açıqlanıbPrezident Bilik Günü münasibətiləUniversitetə qəbul olsalar da, imtina etdilərSu Məcəlləsində dəyişiklik edilib - Yeni QADAĞABirinci vitse-prezident Mehriban Əliyeva: "Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun"Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparırBaş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı - Qərarda digər qurumların da adları varBaş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı - Qərarda digər qurumların da adları varBunları etməsəniz XOŞBƏXT ola bilərsiniz - 10 vərdişAğcabədili tələbə Prezident təqaüdünə layiq görüldü.Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.Vilayət Eyvazovdan YENİ TƏYİNATLARPrezident SƏRƏNCAM İMZALADIAzərbaycan - Xorvatiya oyununun təyinatında dəyişiklikƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdi"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”Körpələrinə "Google" adını qoydular - Səbəbi hər kəsi təəccübləndirdiKəlbəcərin təhsil şöbəsinə yeni müdr təyin olunduNəcməddin Sadıkova ağır itki üz verdiNeftçalada dəhşətli qəzada ölənlərin və yaralıların adları bilindiPrezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısını təbrik edibAzərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır”Polis “Hacı Ramin”i axtarır - Dələduz imişVətəndaşların nəzərinə! – Vilayət Eyvazov bu rayonların sakinləri ilə görüşəcəkAzərbaycan ın daxili işlər orqanlarında yeni təyinat olub.Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADIBakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıbTürkiyədə hərbi konvoya hücum olub - Şəhid varDəmir Yolları Sabirabadda baş verən qəza ilə bağlı AÇIQLAMA verdiAğcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.Azərbaycan Respublikası Nazirlər Kabinetinin QərarıZərdabda qanvermə aksiyası keçirilib (FOTO)“Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”Nizami icra başçısı vəzifədən çıxarılır - Etimadı doğrultmayıb“Müğənnilər buna görə qeyrətli oğullardan icazə almalıdır”İranda “Hörümçək adam” tutulduAzərbaycanın FIFA hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblarATƏT-in sədri: Minsk qrupunun işi ilə bağlı nikbinəm (ÖZƏL)Bu gündən Azərbaycan və Türkiyənin birgə taktiki-uçuş təlimləri başlayır - “TurAz Qartalı - 2019”Ermənilər təcavüz etməsin deyə üstünə nəcis yaxdı, dağlara qaçdı - Bağırov Reyhanı necə xilas etdi? HƏYAT HEKAYƏSİ“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirilibÖzünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilibTürkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklərAzərbaycan əhalisinə şad xəbər - Bu gün minlərlə insanın maaşı artdıCüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutubTürkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdiribİran Xəzərdə hərbi təlimlərə start verdiBəy gəlini gətirməyə tankla getdi - MARAQLI
» » Azərbaycanda aparılan güclü sosial siyasət uşaqları da əhatə edir

1-06-2019, 00:39Azərbaycanda aparılan güclü sosial siyasət uşaqları da əhatə edir

Azərbaycanda aparılan güclü sosial siyasət uşaqları da əhatə edir


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda müvafiq kateqoriyalardan olan uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyası əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə, o cümlədən müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atılmasına imkan verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət , yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin olunur.

Prezident cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanları ilə aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Qeyd olunan Fərmanla müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları üçün müavinət 61 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Ailə başçısını itirməyə görə aylıq müavinətlə təmin edilənlərin böyük əksəriyyəti uşaqlardır ki, bu müavinətin məbləği də artırılaraq hər nəfərə görə 80 manat müəyyən olunub.

Bununla yanaşı, ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Qismən ödənişli sosial məzniyyətdə olan 30 mindən çox sığortaolunan isə üç yaşınadək uşaqlara qulluğa görə müavinətlə təmin edilir.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Cari ildən isə ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanması nəzərdə tutulur. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində həmin yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin nazirliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərə təminatında önəmli rol oynayır. Bu layihələr çərçivəsində autizm və daun sindromlu uşaqlar defektoloji-psixoloji yardımlar, eşitmə və nitq qabiliyyəti zəif uşaqlar reabilitasiya və surdoloji, görmə imkanları məhdud uşaqlar sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər. dle 10.5
loading...