DogruSozTv.Az
SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verir
» » Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıb

20-05-2019, 22:44Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıb

Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıb


Ölkəmizdəki hərtərəfli inkişafa, sosial sahədə aparılan çoxşaxəli islahatlara, 3 milyondan çox Azərbaycan vətəndaşının rifahının daha da artırılmasını təmin edən inqilabi sosial paketin qəbul edilməsinə qarşı qarayaxma, böhtan kampaniyası aparan və bunu sosial şəbəkələrə ötürən bəzi qurumlar indi də özünüməşğulluq proqramını, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərini hədəf seçiblər.
Səbəb sadədir: Ötən həftə özünüməşğulluq proqramının dünyanın 156 dövlətinin sosial müdafiə qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosasiyasının “Good Practice Award for Europe 2019” xüsusi mükafatına layiq görülməsi, proqramın təkcə 2018-ci ildə 6 dəfə genişlənməsi, onun icrasına BMT İnkişaf Proqramının və Dünya Bankının qoşulması bu dairələrin “dərin narahatlığına” səbəb olub və özünüməşğulluq proqramını gözdən salmaq, ləkələmək üçün yalan və bohtan dolu yazı ortaya atılıb.
Eyni zamanda, dövlətin birbaşa qayğısı və dəstəyinin bariz nümunəsi olan və uğurla həyata keçirilən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramının genişlənərək böyük rəğbət qazanması, ötən il nəzərdə tutulduğundan 3 dəfə artıq olmaqla 626, bu il üçün 800-dən artıq bu kateqoriyadan olan vətəndaşlarımızın mənzillə təchiz edilməsi tədbirləri də hədəfə gətirilmək istənir.
Dəfələrlə KİV-ə açıqlandığı kimi, özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin olunması üçün şirkətlərin müəyyən olunması “Dövlət satınalmaları haqqında” Qanuna uyğun şəkildə həyata keçirilib və müvafiq şirkətlər konsorsiumu ilə müqavilələr bağlanmış, proqram üzrə aktivlərin təminatı həyata keçirilmişdir. Proqramın icrası üzrə 2018-ci il üçün ayrılan vəsaitdən qanunvericiliyə uyğun olaraq büdcəyə 3,2 milyon manat məbləğində vergilər ödənilmişdir.
Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı da “Dövlət satınalmaları haqqında” Qanuna tam uyğun şəkildə həyata keçirilmiş, satınalmalar çərçivəsində 5 təchizatçı ilə 28,6 milyon manat dəyərində müqavilələr imzalanmış və qanunvericiləyə uyğun şəkildə notarial orqanlar vasitəsilə alqı-satqı aparılaraq cəmi 4 milyon manat vergilər dövlət büdcəsinə ödənilmişdir.
Yazıda qeyd edilən digər məsələlər kimi, özünüməşğulluq proqramına ayırılan vəsaitin
dövlətdən gizlədildiyi və mənimsənildiyi kimi əsassız fikirlər də növbəti iftiralardır. Təkcə 2018-ci ildə proqrama cəlb olunanların sayı 6 dəfə artmış, 7267 nəfər təlimləri uğurla başa vurmuş, onlardan 6018 şəxs aktivlərlə təmin edilmiş, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20%, kənd təsərrüfatı sahəsində isə 14% olmaqla, ümumilikdə 6,1 milyion manat qənaət əldə edilmişdir.
Təchiz edilən iri və xırdabuynuzlu mal-qaraların keyfiyyəti ilə bağlı dəfələrlə KİV-ə məlumat verildiyi kimi bildiririk ki, proqram iştirakçılarına mal və materialların verilməsi prosesində həmin vətəndaşların razılığı xüsusi nəzərə alınır və aktlaşdırılaraq iştirakçının imzası ilə təsdiq edilir, habelə heyvanların sağlamlığına dair müvafiq baytar arayışı təqdim edilir. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirlərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib. Əlavə olaraq bildiririk ki, aktivlərin verilməsi zamanı vətəndaşın razılığı ilə bu prosesin foto və video çəkilişi də aparılır.
Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucovla bağlı verilən məlumata gəlincə, həmin şəxs 5 ay öncə proqram əsasında 21 baş xırda buynuzlu heyvanla təmin olunub, razılığını aktı imzalamaqla təsdiq edib. Bu zaman xüsusi məmnunluq və minnətdarlıq ifadə etməsi onun öz razılığı ilə aparılmış videoçəkilişdə də əksini tapıb. Bu günlərdə O.Orucovun təsərrüfatının növbəti monitorinqi aparılıb və ona verilmiş 21 baş qoyunun sayının 5 ay ərzində 30-a çatdığı müəyyən edilib. O.Orucov özü də dövlətin bu dəstəyindən razılığını, təsərrüfatında işlərinin normal qaydada getdiyini, mal-qarasında gözlənildiyi qədər artımın olduğunu bildirib. Belə olan təqdirdə, O.Orucovun və onun kimi minlərlə vətəndaşın ailəsinin rifahına dəstək olan mühüm bir sosial proqram barədə əsassız yazı ilə ölkəmizin hər uğurunu aşağılamaq cəhdi qəbul edilməzdir.
Özünüməşğulluq proqramı artıq özünü uğurla təsdiq edən, ölkəmizdə minlərlə aztəminatlı ailənin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmaqla öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və kiçik ailə biznesinə çıxış imkanı əldə etmələrinə şərait yaradan effektiv bir sosial proqram kimi həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq qurumların böyük rəğbətini qazanmışdır.

Doğrusöztv.Az dle 10.5
loading...