DogruSozTv.Az
Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülüb
» » SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLAR

7-05-2019, 22:13SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLAR

SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLAR


Bu gün ölkəmiz dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəm daşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraiti daha da yaxşılaşıb.

Son illər paytaxt Bakıya qardaş olan Sumqayıt şəhərinin də mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra layihələr gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunub. Xüsusən də çox hörmətli cənab Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunandan sonrakı dövrdə şəhərdə abadlıq-quruculuq işləri daha da vüsət almışdır. Burada Avropa standartlarına uyğun müasir bulvar yaradılmış, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlər əsaslı təmir edilmiş, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunmuş, şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılmışdır. Heydər Əliyev Mərkəzi, Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəmini təzələyib. Sumqayıt Dövlət Dram Teatrının binası və Kimyaçı Mədəniyyət Sarayı əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunmuşdur. Bu işlər bu gün də uğurla davam etdirilir.

Bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Prezident İlham Əliyev hər zaman olduğu kimi şəhərə, onun sakinlərinə böyük diqqət və qayğı göstərərək 14 fevral 2019-cu il tarixdə Sumqayıt şəhərinin yubileyi ilə bağlı xüsusi Sərəncam vermişdir. Fevralın 18-də isə dövlətimizin başçısı Sumqayıta 23-cü səfərini edib, bir sıra obyektlərin açılış mərasimində iştirak edib. Sərəncamdan irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı yerlərdə əmək kollektivləri ilə, cəmiyyətin ayrı-ayrı zümrələrinin nümayəndələri ilə silsilə görüşlər keçirir və həmin görüşlərdəki çıxışlarında bildirir ki, hər bir sumqayıtlı ölkə rəhbərinin bu diqqət və qayğısını yüksək qiymətləndirərək şəhərin daha da gözəlləşməsi və inkişafı üçün öz töhvəsini verməlidir. Hər zaman xalqın arasında olan Zakir müəllim istər bu silsilədən olan tədbirlərdə, istər bayram və əlamətdar günlərdə əhali ilə keçirdiyi görüşlərdə iştirakçılara xatırladır ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri, bu ərəfələrdə anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həqiqətən də məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun layıqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir ki, bu iri sənaye şəhərinə maraq daha da artmış, yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.

Sumqayıtda özəl sektorun inkişafına önəm verən şəhər rəhbəri sahibkarların fəaliyyətini hər vəchlə dəstəkləyir, bu məqsədə xidmət edən tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Bu sıradan aprelin 17-də və sonrakı günlərdə Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) layihəsi çərçivəsində keçirilən tədbirlərin də yerli sahibkarlar üçün əhəmiyyətini xüsusi qeyd etmək olar.

Qədirşünas rəhbər olan Zakir Fərəcov Sumqayıtın tarixində izi olan, şəhərin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayan şəxslərin həyat olanlarına sağlığında qiymət verir, dünyasını dəyişənlərin isə xatirəsini əziz tutur. Martın 14-də Sumqayıt şəhər Tarixi Muzeyində sosialist əməyi qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın 100 illik yubileyi münasibətilə tədbirdə iştirakı və təşkilinə göstərdiyi köməklik buna əyani sübutdur.

Dövlətə, dövlətçiliyə sadiq olan, xalqını sevən Zakir Fərəcov Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını layiqlə yerinə yetirir, dövlət başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün gərəkən bütün tədbirləri görür. İcra başçısı vətəndaşların müraciətlərinə həssas yanaşır, istər vaxtı müəyyənləşdirilmiş qəbullarda, istərsə də yerlərdə keçirdiyi səyyar görüşlərdə insanları dinləyir, onların problemləri ilə tanış olur, çox vaxt şətinlikləri elə yerindəcə həll etmək üçün tapşırıqlar verir, həmçinin, vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır. Zakir müəllimin jurnalistlərlə də münasibəti arzuolunan səviyyədədir, rəhbərlik etdiyi icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir.

İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Sumqayıt Şəhər İcra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir. Şəhər ərazisində məskunlaşmış məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.

Cənab Zakir Fərəcov ŞİH-nin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın təmininə xüsusi diqqət yetirir. Fəaliyyəti əks etdirən sosial-iqtisadi göstəricilər, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilir.

Bəli, bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt çox hörmətli Zakir Fərəcovun düşərli rəhbərliyi altında qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.

İsmayıl Abbasov dle 10.5
loading...