DogruSozTv.Az
İlham Əliyev bu şəxslə bağlı SƏRƏNCAM imzaladıAzərbaycanda sığorta bazarı təkmilləşdirilirAzərbaycanda sığorta bazarı təkmilləşdirilirBirinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaqPrezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürübAzərbaycanlı aktrisa vəfat etdi"Öləcək" dedilər, milyarder oldu - FOTODaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.Naqif Həmzəyev: "Qüdrətli Azərbaycan Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır"Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilibPrezident İlham Əliyev: "ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirik"Nazir: Bu il daha çox vakant müəllim yerinin olacağı gözlənilir“Hamı gözəl yaşayır, acından ölənin “Wi-Fi” pulu haradandır?” - Şəbnəm TovuzluBakıda qəribə yırtıcı PEYDA OLDU – ŞOK FOTOSafura Əlizadə yeni doğulan körpəsi ilə - FOTOAzərbaycanlı deputata AĞIR İTKİVilayət Eyvazov Bakı polisinə tapşırıq verdiMəcburi köçkünlərin müavinəti artırıldı — PREZİDENTDƏN FƏRMANXaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu - SƏRƏNCAMSəfir: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir"Hafiz Paşayev: "Azərbaycan diplomatiyası asan yol keçməyib"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edibSabah hava necə olacaq? - PROQNOZ2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”
» » Ağcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunur

5-05-2019, 11:06Ağcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunur

Ağcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunur

Azərbaycanda dövlətçiliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Ağcabədi rayon Polis Şöbəsi şəxsi heyətinin böyük xidməti var. Bu ilin fevral ayında daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Ağcabədi rayon Polis Şöbəsinə rəis təyin olunan polis polkovnik-leytenantı Ənvər Həsənov rayonda cinayətkarlıqla mübarizədə öz sözünü deməkdədir. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti bu gün cənab Ənvər Həsənovun rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür.

Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.

Mart və aprel ayları ərzində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində bir sıra uğurlu əməliyyat tədbirləri keçirilib. Belə ki, həmin tədbirlər nəticəsində Ağcabədi rayon sakinindən 1.428 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla ona narkotiki satan digər rayon sakini də saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda ümumi çəkisi 55.326 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən bir başqa Ağcabədi rayon sakini saxlanılıb. Rayon kəndlərindən birinin sakinlərinin mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan birinin idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda "kazbek"lərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Tədbirlərin davamı olaraq digər ikisinin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb. Bütün bu faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılıb, nəticə üzrə müvafiq tədbirlər görülüb.

Cənab Ənvər Həsənov təkcə polis şöbəsində vətəndaşları qəbul etməklə kifayətlənmir, rayonun kəndlərinə baş çəkir, yerlərdə sakinlərlə görüş keçirir, problemləri yerindəcə həll etməyə çalışır, əsasən buna nail olur. Polisin fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır. Ağcabədidə vətəndaşlar polisə daha çox arxalanır, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Ağcabədidə iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.

Rəis Ənvər Həsənov öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışır. Daha əvvəl rəhbər vəzifədə xidmət etmiş olduğu Zəngilan polisində də Ənvər müəllim heç bir fiziki və hüquqi şəxsin, ictimai birliyin maraqları dairəsində fəaliyyət göstərməmiş, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməmişdir. O, xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol vermir. Daim nəzərə alır ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.

Ənvər müəllim Ağcabədi polisinin icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edir, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol vermir. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır. Təsadüfi deyildir ki, həmsöhbət olduğumuz, polisin fəaliyyəti ilə bağlı nə düşündüklərini soruşduğumuz ağcabədilililər də, rayonda kompakt halda məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər də Rayon Polis Şöbəsinin işindən razılıqlarını bildirir və cənab nazir Ramil Usubova Ənvər Həsənov kimi layiqli, peşəkar bir kadrı Ağcabədi RPŞ-nə rəis təyin etdiyi üçün minnətdarlıqlarını ifadə edirlər.

Çox hörmətli Ənvər Həsənova, Ağcabədi RPŞ-də onunla çiyin-çiyinə çalışan paqon yoldaşlarına bundan sonrakı xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.


Doğru Söz Qəzetinin Baş Redaktoru DogrusozTv.AZ Milli informasiya agentıiyinin Rəhbəri İsmayıl Abbasov dle 10.5
loading...