DogruSozTv.Az
SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verir
» » 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

26-04-2019, 21:2928 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında maarifləndirici tədbir keçirib.

Tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi müəyyən olunduğu vurğulanıb. Qeyd olunub ki, Konstitusiyamızda hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib və ötən dövrdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramı nəticəsində ölkəmizdə əhalinin məşğulluq imkanları artırılmaqla, işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində dövlət siyasəti də güclənir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib. Xidmət tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri də aparılır. Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikanın ayrı-ayrı regionlarında məlumatlandırma tədbirləri davam etdirilir.

Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli sayılmış 42 bədbəxt hadisənin Xidmət tərəfindən təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.

Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.

İştirakçılara müvafiq mövzularda ətraflı məlumatlar çatdırılıb, onların suallarına cavablar verilib. dle 10.5
loading...