DogruSozTv.Az
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib
» » "Qanlı kaha” Laçın obalarında – FOTOLAR

26-02-2019, 23:37"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun yenicə çapdan çıxmış “Qanlı kaha” kitabının təqdimat mərasimi keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Taxta körpü qəsəbəsindəki Laçın obalarında məskunlaşmış laçınlı məcburi köçkünlər, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Dogrusoztv.Az xəbər verir ki, tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cabir Əvəzzadə açıb. O, 1992-ci ilin yay-payız mövsümündə işğaldan edilən Laçının bir çox kəndləri 1993-cü Kəlbəcərin işğalı zamanı yenidən düşmənin nəzarətinə keçdiyini xatırladıb: “Kəlbəcərin işğalı zamanı Laçında düşmən ordunun mühasirəsində düşən hərbçilər və mülki şəxslərin bir qismi Kəlbəcər istiqamətində döyüş zonasını tərk etməyə çalışsa da, buna nail ola bilməyiblər. Həmin şəxslərdən 9-u əsgər, 4-ü mülki sakin olmaqla 13 nəfər Kəlbəcər rayonunun Başlıbel kəndinə gələrək burada yerli sakinlərlə birlikdə 113 gün kahalara sığınaraq orada yaşayıblar. “Qanlı kaha” kitabı məhz bu hadisələrdən bəhs edir”.

1993-cü il aprelin 18-də Başlıbel kəndində şəhid olmuş Əhliman Əsgərovun bacısı oğlu, kürəkəni vəDogrusoztv.az Milli informasiya agentliyi nin rəhbəri İsmayıl Abbasov isə “Qanlı kaha” kitabında toplanmış məlumatları nəinki Kəlbəcərin, bütövlükdə Qarabağ müharibəsi dövrünün nadir faktları kimi xarakterizə edib. O, indiyədək Azərbaycan ictimaiyyətinin xəbərsiz olduğu bu faktları sənədləşdirərək kitab halında nəşr etdirdiyinə görə müəllifə təşəkkür edib.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Tale Şahməmmədov isə çıxışında deyib ki, “Qanlı kaha” kitabında haqqında danışılan hadislər ilk dəfə tam və dolğun şəkildə geniş ictimaiyyətə təqdim olunur. Onun sözlərinə görə, sənədli-publisistik povestdə Kəlbəcərin işğalı Başlıbel kəndində kahalara sığınan dinc sakinlərin məşəqqətli mühasirə həyatı, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar şahidlərin xatirələri əsasında qələmə alınıb.

Tale Şahməmmədov tədbirdə iştirak edən məktəblilərə çağırış edərək deyib: “Dörd ay ərzində Başlıbel kəndində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatı hər bir laçınlı, kəlbəcərli, qarabağlı üçün bir örnəkdir. “Qanlı kaha” kahada toplanmış materiallar gənclərin vətənpərvər ruhda tərbiyə olunması işində əvəzolunmaz mənbədir və bu nəşr hər birimizin stolüstü kitabı olmalıdır. Müəllif bu kitabda torpaqlarımızın işğalı zamanı laçınlıların, kəlbəcərlilərin başına gətirilən müsibətləri dolğun və əhatəli şəkildə oxucuların diqqətinə çatdırır. Biz məcburi köçkünlər el-obamızın başına gətirilən hadisələri tarixə çevirmək, gələcək nəsillərə çatdırmaq üçün səfərbər olmalıyıq. Çünki torpaqlarımızın işğaldan azad olunması bizim birliyimizdən, keçmişdə baş verənləri öyrənməyimizdən, bu hadisələri kitab və filmlər şəklində arxivləşdirməyimizdən, gələcək nəsillərə çatdırmağımızdan çox asılıdır. Bu baxımdan “Qanlı kaha” kitabı ən tutarlı mənbədir”.

Daha sonra söz keçmiş döyüşçü, Laçın rayon Ərdəşəvi kənd sakini Səlim Mehtiyevə verilib. O, Kəlbəcərin işğalı zamanı Azərbaycan ordusunun Laçında istiqamətində ciddi müqavimətlə üzləşməsindən, mühasirədə qalan hərbçilərin Başlıbelə necə gəlib çıxmasından danışıb: “Biz aprelin 1-də ermənilərin mühasirəsinə düşəndə 13 nəfər idik – Laçın batalyonunun 9 əsgəri və Dambulaq kəndindən olan 4 nəfərdən ibarət Əsgərovlar ailəsi. Ermənilər Kəlbəcərə hücum edəndə biz Laçın rayonunun Təzəkənd sovetliyində – Ərdəşəvi və Təzəkənd yaxınlığındakı döyüş mövqelərində idik. Martın 26-da bizi Kəlbəcərdə döyüşən əsgərlərə köməyə göndərdilər. Tapşırıq Laçın rayonunun Böyük Piçənis kəndi istiqamətində hərəkət etməkdən ibarət idi. Yolda ermənilərin pusqusuna düşdük, düşmən bizi hər tərəfdən mühasirəyə almışdı, ona görə dayanmaq olmazdı, düşmənin nəzarətindən yayınıb xilas olmalı idik. Bir qədər yuxarıdan keçib çayı o taya adladıq. Daşlı kəndindən Dambulaq istiqamətində yolumuza davam etdik. Dambulaq kəndindən olan Əhliman Əsgərov, qızları Laləzar və Həcər,oğlu Vəkillə qarşılaşana qədər hara gedəcəyimizi bilmirdik. Çünki yolu tanımırdıq, düşmən hər tərəfdən başımızın üzərindən güllə yağdırırdı. Sanki Əhliman dayı gili Allah bizə xilaskar kimi göndərmişdi.Əhliman dayı dedi ki, Dəlidağın ətəyində bir seyid kəndi var – Başlıbel. Ora böyük kənddi, biz oraya gedib çata bilsək, gizli yollarla Murovdağı Daşkəsənə tərəf keçmək şansımız olacaq. Əhliman kişinin bələdçiliyi ilə aprelin 2-dən 3-ə keçən gecə gəlib Başlıbelə çatdıq. Bu kənddə çoxlu adamlar vardı, onlar da mühasirədən çıxa bilməmişdilər. Biz də Başlıbel kəndinin sakinlərinə qoşulub onlarla birlikdə 4 ay kahalarda yaşadıq...”

Keçmiş döyüşçü Mehti Məmmədov da çıxışında Kəlbəcərin işğalının ağır nəticələrindən, düşmən ordusunun mühasirəsinə düşmüş hərbi və mülki şəxslərin ağır məhrumiyyətlərə düçar olmasından danışıb. O, qeyd edib ki, həmin hadisələr zamanı Laçın istiqamətində döyüşən hərbi bölmələrimizin düşmənin mühasirəsində qalması Azərbaycan ordusunun daha ağır itkilər verməsinə səbəb olub.


Xatırladaq ki, “Qanlı kaha”da 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur “Murovdağ əməliyyatı” və onun nəticələri barədə də geniş məlumat verilir.
"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR


"Qanlı kaha” Laçın obalarında – FOTOLAR

"Qanlı kaha” Laçın obalarında – FOTOLAR



DOĞRUSÖZTV.AZ dle 10.5
loading...