DogruSozTv.Az
Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülüb
» » “Böyük Qələbə sevincini yaşatmaq üçün əmr gözləyirik” - ÖN XƏTDƏN REPORTAJ (FOTO)

14-02-2019, 20:42“Böyük Qələbə sevincini yaşatmaq üçün əmr gözləyirik” - ÖN XƏTDƏN REPORTAJ (FOTO)

“Böyük Qələbə sevincini yaşatmaq üçün əmr gözləyirik” - ÖN XƏTDƏN REPORTAJ (FOTO)

İllərdən bəri düşmən əsirliyində olan 20 faiz ərazilərimizin işğaldan azad edilməsi müasir dövrdə Azərbaycan gəncliyini narahat edən ən başlıca məsələdir. Bu gün ordumuzun böyük əksəriyyətini gənclər təşkil edir. Vətənimiz uğrunda hər an mübarizəyə hazır olan bu böyük qüvvə nəyə qadir olduğunu aprel döyüşlərində, Günnüt zəfərində sübuta yetirdi. Gün gələcək ki, bu zəfərlərin sədaları bütün qədim Azərbaycan torpaqlarında, Azərbaycan əsgərinin addım səslərini eşitmək həsrətində olan yurd yerlərimizdən gələcək, işğal altındakı torpaqlarımız tezliklə öz əzəli sahiblərinə qaytarılacaq. İşğalçı qonşularımız bilməlidir ki, bir qarış torpağımızın onların əlində qalmasına yol verilməyəcək. Azad olunmuş kənd və ərazilər işğal olunmuş torpaqlarımızın bir hissəsidir. İnanırıq ki, tez bir zamanda digər tarixi torpaqlarımız da geri qaytarılacaq və tarixi ədalət bərpa olunacaqdır.

Bu döyüşlərdə ordumuzun qələbə qazanması, bir vaxtlar işğal altında olan ərazilərdə xalqımızın yurd-yuvasına qovuşması bütün gənclərimiz kimi, hərbi qulluqçularımızda da böyük ruh yüksəkliyi yaradıb. Ömrünün qiymətli bir hissəsini - gəncliyini ordu sıralarında keçirən hərbçilər işğalda olan digər ərazilərimizin də tezliklə azad edilməsinin fərqindədirlər. Cəbhə xəttindəki hərbi bölmələrimizin birində söhbətləşdiyimiz döyüşçülər istənilən an Vətənimizin ərazi bütövlüyü uğrunda savaşa qatılmağa və yeni qələbələr qazanmağa hazır olduqlarını bildirdilər. Vətən müdafiəçilərinin qətiyyətli sözləri, inamlı xidmətləri, döyüş ruhları bu zəfərlərin davamının olacağına inamı daha da artırır. Hələ də düşmən tapdağında olan digər qədim kəndlərimizin hər biri ağrılı-acılı bir tarix yaşadır özündə. Sonu qələbə olacaq bir tarixi isə bu gün Azərbaycan əsgəri yazır. Qarış-qarış, addım-addım, kəndbəkənd düşməni dövlət sərhədinə çəkilməyə məcbur edir.
Ön xətdəyik. Güvənc yerimiz, qürurumuz, azadlığımızın qarantı olan oğullarımızla görüşməyin sevincini yaşayırıq. Onlarla həmsöhbət olub, torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandıqlarının şahidi oluruq.
“Böyük Qələbə sevincini yaşatmaq üçün əmr gözləyirik” - ÖN XƏTDƏN REPORTAJ (FOTO)

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan leytenant Sərvər Allahverdiyev bir neçə ildir ki, ön xətdə xidmət edir. Vətən sevgisinin onun peşə seçimində xüsusi əhəmiyyət kəsb etdiyini bildirən zabitə görə, hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq cəbhə bölgəsində xidmət etməkdən qürur hissi keçirir. "Cəbhə bölgəsi dedikdə, o dəqiqə çətinlikləri olan xüsusi bir məkan adamın nəzərində canlanır. Əslində, belə ekstremal şərait zabitin bir döyüşçü kimi formalaşmasına zəmin yaradır. Hiss edəndə ki, çətin bir şəraitdəsən, istər-istəməz bu çətinlikləri dəf etməyə özündə təpər tapırsan. Burada yaranan komandir-əsgər münasibətlərinin özəyində isə döyüşçü həmrəyliyi, silah qardaşlığı, ailə bağları dayanır".
Onunla söhbətimizi davam etdirmək üçün bölmənin dayaq məntəqəsindən irəli mövqelərə gedirik. Zabit deyir ki, hər gün bu yolları gedib-gəlir, döyüş növbətçiliyinin keçirilməsinə nəzarət edir. Onun sözlərinə görə, bu çətin və təhlükəli mövqelərdə xidmət etmək, doğrudan da, hər kəsdən cəsarətli və qətiyyətli olmağı tələb edir. "Tabeliyində olan əsgərlərə bu keyfiyyətləri necə aşılayırsan?", - sualına gənc komandir cavab verərək bildirir ki, əgər əsgərin köksü Vətən sevgisi ilə döyünürsə, onu heç nə sarsıda bilməz. "Əsgər də Vətənimizin bir övladıdır, vətəndaş olaraq öz məsuliyyətini dərk edir və yaxşı bilir ki, bu gün ona torpaqlarımızın düşmənlərdən qorunması kimi ən müqəddəs bir vəzifə etibar edilib. Və əsgər də fərqindədir ki, bu vəzifə qarşısında məsuliyyətini dərindən başa düşsün və qarşısına qoyulan hər tapşırığın öhdəsindən bacarıqla gəlsin".
- Müasir dövrdə gənclərimiz üçün cəmiyyətdə örnək olan hadisələr vardır, - deyə zabit söhbətinə davam edir. - Elə götürək aprel döyüşlərini, Günnüt zəfərini. Bir neçə gün ərzində nə qədər döyüşçümüz fədakarlıq nümayiş etdirdi və dövlətimizin rəhbərliyi tərəfindən onların xidmətləri yetərincə qiymətləndirildi. Bu hadisələr cəmiyyətdə geniş əks-səda doğurdu, gənc nəslə vətənpərvərlik hissləri aşıladı. Azərbaycan məktəblisi bu gün parta arxasında sabahın əsgəri kimi yetişir, bir sözlə, səngərə aparan yol şagird partasından başlanır. Mübariz də, Fərid də, Samid də, Elnur da ... dünənin nümunəvi şagirdi olublar. Bu gün isə belə qəhrəmanlarımızın adları dillər əzbəridir.
Yol adamı söhbətə çəkir, düşüncələrin dilə gəlir, olub-keçənləri xatırlayırsan. 2016-cı ilin aprelində düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan Rasim Məmmədovun anası Bəsti xanımın sözlərini xatırlayıram. "Döyüşdə hər şey ola bilər. Kişi cəsur olar, canından da keçər, qanından da, amma torpağından keçməz. Vətəni qorumaq lazımdır. Oğlum da, yoldaşım da bu yolu seçdilər. Peşman deyiləm. Atası da, balası da Vətəni sevdi, torpağı sevdi, qanından, canından keçdi, Vətəni ailəsindən üstün tutdu". Qəhrəman bir oğulun anasının dediyi bu sözlər torpaqlarımızın hər qarışı uğrunda canından, qanından keçməyə hazır oğulların hər zaman olduğunu sübut edir. Mərdliyin, Vətən sevgisinin, vətənpərvərliyin genimizə hopduğunu göstərir. Bu sözlər sübutdur ki, igidlik, qəhrəmanlıq nəsildən, qanımızdan gələn xüsusiyyətdir. Bizdə nə qəhrəmanlar bitər, nə də qəhrəmanlıq dastanları.
"Döyüş növbəsində olduğum zaman heç bir hadisə baş verməyib". Əsgər İldırım Xaliqzadənin amiranə səsi məni düşüncələrimdən ayırdı. Əsgər olmağın, düşmənlə təmas xəttində xidmət etməyin kifayət qədər məsuliyyətli və müqəddəs vəzifə hesab edildiyini hamımız yaxşı bilirik. Bəs İldırım bu vacib vəzifənin öhdəsindən gələ bilirmi?
- Xidmətə gələn gündən məsuliyyətli olmağı, üzərimə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlməyi özümə söz vermişəm. Cəbhə xəttində xidmət etmək arzum olub. Çətin təbii şəraitdə və təhlükəli mövqelərdə döyüş növbətçiliyini həyata keçirmək son dərəcə məsuliyyətli olmağı tələb edir. Üzərimə düşən məsuliyyətin ağırlığını yaxşı dərk edirəm. Döyüş növbəsində sayıqlığımı itirmədən xidmət aparıram. Düşmən mövqelərini bir an belə nəzarətsiz qoymuram. Bilirəm ki, düşmən xaindir, hər an təxribat törətməyə məqam gözləyir. Düzdür, düşmənə daim nəzarət edirik, lakin onlardan da qorxmuruq, istənilən təxribatın qarşısını almağa, Ali Baş Komandanımızın “İrəli” komandası ilə torpaqlarımızı yağılardan təmizləməyə hər an hazırıq.
“Böyük Qələbə sevincini yaşatmaq üçün əmr gözləyirik” - ÖN XƏTDƏN REPORTAJ (FOTO)

Əsgər Eltun Şahməmmədov da torpaqlarımızı göz bəbəyi kimi qoruyanlardandır. Valideynləri doğma Kəlbəcər rayonundan didərgin düşüblər. Atası Elman kişi də Qarabağ müharibəsi veteranıdır, doğma yurd-yuvalarını düşmənlərdən qorumaq üçün Kəlbəcər könüllüləri dəstəsində vuruşub. Eltun da başqa yaşıdları kimi yurd-yuva həsrətindədir, düşmənə olan intiqam hissi ona da mübarizlik, döyüşkənlik ruhu aşılayıb. Əsgərin sözlərinə görə, onlarla yaşlı qohumu doğma ev-eşiklərinin həsrəti ilə dünyasını dəyişib. "Düşmən üzərində qələbə qazanmağa hər an hazırıq, çünki ürəyimiz intiqam hissi ilə döyünür. Yağılar doğma, əzəli yurd yerlərimizi işğal ediblər, nə qədər günahsız həmvətənimiz bu işğalçılıq siyasətinin qurbanı olub. Hərbi xidmətimi Böyük Qələbənin əsgəri kimi başa vurmaq ən böyük arzumdur".
Dinlədikcə qürurlanıram, fərəhdən sinəm qabarır. Necə böyük sevincdir azərbaycanlıyam demək, dövlətinlə, ordunla fəxr etmək. Əbəs yerə deməyiblər, torpaq qanla qarışanda Vətən olur. Biz bu şücaəti, qəhrəmanlığı tarix boyu göstərmişik. Qədimdən azadlıq, müstəqillik uğrunda savaşlar aparmış, heç zaman döyüş meydanından qaçmamışıq. Ərazi bütövlüyümüz uğrunda şəhidlər vermişik, zəfərlər qazanmışıq. Bizimlə cəng edən hər bir düşmənimiz yaxşı bilir ki, Azərbaycan əsgəri silahsız belə çox təhlükəlidir. Çünki onun ən güclü silahı Vətən sevgisidir. Onun torpaqlarına göz diksən, bayrağına sataşsan, namusuna əl uzatsan, qarşısında ən güclü texnika ilə dayansan belə səni məhv edər.
Əsgərlərdən Hüseyn Məmmədli, Fərmayıl Həsənov, Ədalət Zəkiyev və başqaları da Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizəyə hazır olduqlarını bildirirlər. Onlar qətiyyətlə vurğulayırlar ki, Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdırlar. "Xidmətimiz uğurla davam edir. Düşməni daim nəzarətdə saxlayır, torpaqlarımızın keşiyində inamla dayanırıq. Həm döyüş növbətçiliyini yüksək səviyyədə aparır, həm də döyüş hazırlığımızın artırılması üçün təlim-məşqlərdə həvəslə iştirak edirik. Xalqımızın güvənci, etimadı və ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edir, bizi daha da ruhlandırır. Ölkəmizə Böyük Qələbə sevincini yaşatmaq üçün əmr gözləyirik".
Bu gün ordumuzun bütün bölmələrində xidmət edən əsgərlərin hər biri məsuliyyətli və intizamlı, ən başlıcası isə vətənpərvər gənclərdir. Döyüş əmri verilən an hər biri üzərinə düşən vəzifəni yerinə yetirməyə qadirdir.
Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Mənbə: Ordu.az dle 10.5
loading...