DogruSozTv.Az
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib
» » İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb

12-02-2019, 21:28İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb

İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.
Rene Van der Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini xatırladıb. Azərbaycan-Niderland iqtisadi-ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran nazir Şahin Mustafayev qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulayıb.

Görüşdə ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyi, ötən il ticarət dövriyyəsinin artdığı, iqtisadi əlaqələrin genişlənməsində biznes forumların, işgüzar görüşlərin rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib. Ötən il istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən, Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib.

Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.

Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6% artıb.

Şahin Mustafayev Azərbaycan-Niderland əlaqələr iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edib, “ADA” Universiteti və Maastrixt İdarəetmə Məktəbi arasında səmərəli əməkdaşlığı vurğulayıb, Maastrixt Universitetində azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Təhsili Mərkəzinə Niderlandın Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, Niderland şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında layihələrin icrasında iştirak edə bilərlər. Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi potensialını, bir sıra sahələrdə təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb, növbəti Azərbaycan-Niderland biznes-forumunun bu il Azərbaycanda keçirilməsini təklif edib.

Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Maastrixt İdarəetmə Məktəbinin proqramının “ADA” Universitetində tətbiqinin ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafına müsbət töhfəsini vurğulayıb. SKSP nümayəndələrinin də Niderlandın “Kemelot” sənaye parkında olduğunu qeyd edən Rene Van der Linden Azərbaycan şirkətlərinin “Kemelot”da fəaliyyəti üçün imkanlarını diqqətə çatdırıb. Rene Van der Linden qeyd edib ki, ölkəsi Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, Ələtdə azad ticarət zonası tipli xüsusi iqtisadi zona layihəsinə, alternativ enerji mənbələri, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa, eləcə də mövcud əlaqələrin genişlənməsinə maraq göstərir.

Görüşdə Azərbaycan-Niderland iqtisadi əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məslələrlə bağlı fikir mübadiləsi aparılıb. dle 10.5
loading...