DogruSozTv.Az
SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verir
» » “Hava məlumatına görə nazirliyi qınayanlar var”

17-01-2019, 10:39“Hava məlumatına görə nazirliyi qınayanlar var”

“Hava məlumatına görə nazirliyi qınayanlar var”

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükə yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar dövlət dəniz adminstrasiyasına, neft şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk".

Doğrusöztv.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, əhali tərəfindən nazirlikdə yaradılan qərargaha daxil olan çoxsaylı zənglərdə hava şəraiti ilə bağlı narahatlıq yarandığından diqqətə çatdırmaq istəyirik ki, ən şiddətli külək və yüksək dalğa açıq dənizdə gözlənilir:

"Yəni, xəbərdarlıq ona görə tam təfsilatı və dəqiqliyi ilə verilib ki, əsasən dənizdə işləyənlər əvvəlcədən vəziyyətin ciddiliyindən xəbərdar olsun və bədbəxt hadisələr baş verməsin. Amma Bakıda və Abşeron yarmadasında da güclü külək əsəcəyi, sulu qar yağacağı, temperaturun 10 dərəcəyədək aşağı düşəcəyi gözlənilir. Temperaturun birdən-birə 10 dərəcəyədək aşağı düşməsi də fəsadlara səbəb ola bilər. İşıq, qaz, kommunal təsərrüfatlar üçün bu bir hazırlıq xəbərdarlığıdır. Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun. Güclü küləyin olacağı məlumatı da dənizdə işləyənlərlə bərabər şəhərdə istehsalat zonalarında, tikintilərdə işləyənlərə xəbərdarlıqdır ki, qabaqlayıcı tədbirlər görülsün, hündür mərtəbələrdə iş aparılmasın, hündür kranların işi dayandırılsın. Elə vətəndaşların özləri də bilsinlər ki, belə küləkli hava şəraitində ağacların, dirəklərin aşması təhlükəsi yarana bilər, buna görə də ehtiyatlı olsunlar. Belə ciddi hava xəbərdarlığı barədə məlumatı yaymaq vacibdir ki, insanlar, aidiyyəti qurumlar əvvəlcədən hazırlıqlı olsunlar.
Amma eşidirik ki, nazirliyi belə həyəcanlı məlumatı yaymaqda qınayanlar da var. Məncə əsassızdır, çünki insanlar müəyyən təhlükələrdən əvvəlcədən xəbərdar olsa, güclü və çevik olar, gözlənilən təhlükədən özünü qoruya bilər. Yəqin dənizdə neftçilərin güclü külək nəticəsində faciə ilə üzləşməsi hamının yadındadır. Bütün bunların baş verməməsi və insanların işlərini havaya uyğun qurmaları üçün əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir".

Dogrusoztv.Az dle 10.5
loading...