DogruSozTv.Az
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib
» » Almatıda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

10-11-2018, 20:20Almatıda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Almatıda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Qazaxıstanın Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzində 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib.

Dogrusoztv.Az AZƏRTAC a istinadən xəbər verir ki, tədbir Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin, Azərbaycan səfirliyinin və tanınmış ziyalı Nasixa Kenjinanın birgə təşkilatçılığı ilə təşkil olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov, Qazaxıstan Xalqlar Assosiasiyasının üzvü, qazax dili üzrə tanınmış azərbaycanlı filoloq Əsli Osman, BMT-nin İqtisadi və Sosial Şurasının üzvü (ECOSOC), "Polygon 29 Avqust" Beynəlxalq İctimai Fondu Şurasının sədri Nurlan Boztayev, “İqilik” jurnalının baş redaktoru Meruet Aytenova, şərqşünaslıq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru İxtiyar Paltore, “Türksoy” kafedrasının dosenti Torali Kıdır, eləcə də digər tanınmış elm adamları, ziyalılar və tələbələr iştirak edib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev çıxış edərək üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyini və bunun o dövr üçün çox cəsarətli bir addım olduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət bayrağına və digər dövlət atributlarına da yüksək diqqət göstərilir.
Tanınmış ziyalı, müxtəlif dövlət mükafatları laureatı Nasixa Kenjina xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Almatıda yaşayan diaspor üzvlərini təbrik edib, hər iki ölkənin daha da yaxınlaşması istiqamətində Azərbaycan icmasının mütəşəkkil fəaliyyətinin əhəmiyyətindən danışıb. Digər natiqlər də Azərbaycanın müstəqil dövlət kimi son illər əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.
Tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.

Dogrusoztv.Az dle 10.5
loading...