DogruSozTv.Az
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydaları dəyişirXarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririkPrezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridirİlham Əliyevin yanında iqtisadi müşavirə keçirilibBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilibİ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblarƏrdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdurAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşübPrezident və ailəsi bölgədə - Qeyri-rəsmi səfər + FOTOLARKöhnə maşını olanlara pis xəbərVilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müəllim dərs zamanı ölüb - AĞSUDAPrezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir.Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb (FOTO)Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir. FOTOLARYuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANATGürcüstanın Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibYaşar Bəşirova yüksək VƏZİFƏ VERİLDİ - FOTOAzərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI: "Bu gün ölkənin əsas problemi ..."İstintaq idarəsinə yeni rəis təyin olunub.Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”Vilayət Eyvazovdan YENİ ƏMR : "102"-ə zəng vuranlar...Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlərDeputat: Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirirBirinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədirBaş Nazirdən müəllimlərə təbrik mesajıPrezident İlham Əliyev Sumqayıtı nümunə göstərdiMətin Feyzioğlu: Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdirBaş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edibProkurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibəti ilə təbrik edirik.Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olunduProkurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.Yeni "Qaynar xətt" nömrəsi istifadəyə verildi. Baş ProkurorluqVilayət Eyvazov yeni rəis təyin etdiNazir əmr imzaladı: Şəxsiyyət vəsiqələrinin verilmə qaydası dəyişirAğcabədidə Dəhşət: Qız Anasını BıçaqladıNovruz Məmmədovdan bu şəxslərin maaşı ilə bağlı MÜHÜM QƏRARPrezident üç ölkəyə yeni səfir təyin etdiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTOAzərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirTəhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb. FOTOPrezident İlham Əliyev Emmanuel Makrona başsağlığı veribYeni avtobuslar hansı istiqamətlərə veriləcək?“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - İlham ƏliyevBu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
» » “Bundan böyük faciə ola bilməz”

2-08-2018, 14:19“Bundan böyük faciə ola bilməz”

“Bundan böyük faciə ola bilməz”


“Son illər artıq adamlar yeni doğulan uşaqlarına köhnə soyadlarını verməməyə çalışırlar”

Artıq 27 ildir sovet işğalından azad olub, müstəqilliyimizi elan etmişik. Lakin hələ də toplum olaraq milli soyadımızı tapa bilməmişik. Bəzilərimizin soyadında -lı, -li, bəzilərimizdə -zadə şəkilçiləri, amma əksəriyyətimizdə -ov, -ova, -yev, -yeva sonluğu var. 91-ci ilədək doğulanları anladıq, bəs 2018-ci ildə doğulan uşağın soyadının sonluğu niyə -ov,-ova, -yev, -yeva olsun ki? Bu, milli təfəkkürün zəif olması iləmi bağlıdır?

Mövzu ilə bağlı musavat.com-a danışan deputat Aqil Abbas hesab edir ki, bu, milli təfəkkürlə bağlı məsələ deyil: “Xalq yazıçısı Anarın familiyası Rzayevdir. Anarın milli təfəkkürü yoxdur? Ən çox milli təfəkkürü olan adamdır. Məsələyə bu cür yanaşmayaq. Bəzən insanlar öz familiyasına öyrəşir, onu dəyişmək istəmirlər. Məsələn, Abbasov. Abbas olanda ona elə gəlir ki, babasına hörmətsizlik elədi. Belə şeylər də var. Mənim soyadım 3 il bundan əvvələ qədər Abbasov gedirdi. Düzdür, indi şəxsiyyət vəsiqəmdə Abbas gedir, amma diplomat pasportumda Abbasov gedir. Yox, milli təfəkkürlə bağlı deyil bu. Bəzi adamlar var soyadını dəyişdirməyə maraqsızdılar, etinasız yanaşırlar. Amma məncə, yavaş-yavaş dəyişmə gedir. Yazıçı Əliabbasdan da bir misal çəkim. Bir dəfə onun bir yazısını oxudum. Gözəl yazı idi. Axırda yazmışdı ki, ata, Allah sənə rəhmət eləsin, adam da uşağının adını Əliabbas qoyarmı? İndi adam uşağının adını Əliabbas qoyar?”

Aqil Abbas onu da qeyd edir ki, son illər artıq adamlar yeni doğulan uşaqlarına köhnə soyadlarını verməməyə çalışırlar: “Dörd nəvəm var, hamısı da Abbasov familiyası götürməyib. Yəni ataları kimi Abbasov getmirlər. Abbas yazdırıblar. 2018-ci il ildə biz familiya sonluğu nə olub-olmamasını müzakirə edirik. Bundan böyük faciə ola bilməz. Millət özünə familiya axtarır. Bu millət bir əsrdə 3 dəfə adını, əlifbasını dəyişdirib. Millətlərin çoxu ölüb gedib, amma biz hələ özümüzə familiya axtarırıq. Necə yazaq familiyamızı? Amma bu millətin yüz il bundan əvvəl, ruslar işğal etməzdən qabaq familiyası olmayıb. Babamın sənəddə adı belə olub: Muxtar Kərbəlayi Abbas oğlu. Vəssalam. Biz hələ bu millətə ad da axtarırıq. Türk, Azərbaycan türkü, azəri və s. Bu millətin faciəsinə baxın”.  /minval.info/



dle 10.5
loading...