DogruSozTv.Az
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?Avropa Olimpiya Komitələrinin prezidenti: "Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var"Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıbPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər - FOTOİraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTOAzərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçibAzərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazirİlham Əliyevdən yeni təyinatlarBakıda qadın ingilis sevgilsini döydü - Kişi polisə şikayət etdi2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilibBakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏRPolkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏHəmsədrlər birgə bəyanat yayıblarPrezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıbƏli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilibDeputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıbÇingiz Əsgərov: Bəzi qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlarAzərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib
» » “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək

19-01-2018, 19:43“Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək

Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək.

Müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinin elmi nailiyyətlərini nümayiş etdirməsinə, müasir düşüncə tərzinin formalaşmasına imkan yaratmaq, onları tədqiqatyönlü fəaliyyətə cəlb etmək və hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb.

Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq.

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilən “Sabahın alimləri” Respublika Müsabiqəsində indiyə qədər 932 şagird iştirak edib, onlardan 379 nəfəri müsabiqənin müxtəlif mükafatlarını qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.

Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 18 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib. dle 10.5
loading...