DogruSozTv.Az
Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verirDövlət qurumunda işləmək istəyənlərin NƏZƏRİNƏ - 508 boş iş yeri var“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edildiMüdafiə Nazirliyi: Azərbaycan özünü silahla təmin edirFransa Prezidenti Novruz Məmmədovu mükafatlandırdıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşübMəzunlara sertifikatlar təqdim olunubBakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır - FOTOAzad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"
» » Yaşa görə əmək pensiyaçılarının pensiyaları artırıldı

7-11-2017, 14:18Yaşa görə əmək pensiyaçılarının pensiyaları artırıldı

Yaşa görə əmək pensiyaçılarının pensiyaları artırıldı

“Əmək pensiyaları haqqında” qanuna edilən son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, işləyən yaşa görə əmək pensiyaçılarından bu günədək artıq 7,7 min nəfərin aylıq pensiyası orta hesabla 175,7 manat artırılıb

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkədə sığorta-pensiya sistemində həyata keçirilən islahatların davamı olaraq, “Əmək pensiyaları haqqında” qanuna edilən son dəyişikliklər bu sistemin adekvat sığorta təminatı prinsipi üzərində təkmilləşməsinə və uzunmüddətli inkişafına etibarlı əsas yaradaraq, eyni zamanda pensiyaçı əhalinin mənafelərinin daha dolğun ifadəsinə imkan verib.
Bunun növbəti əyani təsdiqi olaraq, qeyd edilən son dəyişikliklər yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə və bununla da pensiya kapitallarını artırmaqda davam edən şəxslərin pensiyalarının yenidən hesablanaraq əhəmiyyətli şəkildə artırılmasına əsas yaradıb. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.
Nazirlikdən bildirilib ki, halbuki bu ilin iyulun 1-dək qüvvədə olmuş qanun yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi: "Yəni yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanuna edilən son dəyişikliklər bu məhdudiyyətin aradan qalxmasına səbəb olub.

Həmin dəyişikliklərə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bu günədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1, 35 mln. manat təşkil edib".

Məlumata görə, hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir. olke.az

DogruSozTv.Az
dle 10.5
loading...