DogruSozTv.Az
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydaları dəyişirXarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririkPrezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridirİlham Əliyevin yanında iqtisadi müşavirə keçirilibBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilibİ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblarƏrdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdurAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşübPrezident və ailəsi bölgədə - Qeyri-rəsmi səfər + FOTOLARKöhnə maşını olanlara pis xəbərVilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müəllim dərs zamanı ölüb - AĞSUDAPrezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir.Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb (FOTO)Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir. FOTOLARYuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır - BƏYANATGürcüstanın Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibYaşar Bəşirova yüksək VƏZİFƏ VERİLDİ - FOTOAzərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI: "Bu gün ölkənin əsas problemi ..."İstintaq idarəsinə yeni rəis təyin olunub.Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”Vilayət Eyvazovdan YENİ ƏMR : "102"-ə zəng vuranlar...Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlərDeputat: Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirirBirinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədirBaş Nazirdən müəllimlərə təbrik mesajıPrezident İlham Əliyev Sumqayıtı nümunə göstərdiMətin Feyzioğlu: Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdirBaş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edibProkurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibəti ilə təbrik edirik.Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olunduProkurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.Yeni "Qaynar xətt" nömrəsi istifadəyə verildi. Baş ProkurorluqVilayət Eyvazov yeni rəis təyin etdiNazir əmr imzaladı: Şəxsiyyət vəsiqələrinin verilmə qaydası dəyişirAğcabədidə Dəhşət: Qız Anasını BıçaqladıNovruz Məmmədovdan bu şəxslərin maaşı ilə bağlı MÜHÜM QƏRARPrezident üç ölkəyə yeni səfir təyin etdiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib - FOTOAzərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirTəhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb. FOTOPrezident İlham Əliyev Emmanuel Makrona başsağlığı veribYeni avtobuslar hansı istiqamətlərə veriləcək?“Burada bina tikmək istəyirdilər, mən qoymadım” - İlham ƏliyevBu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
» » İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər”

28-06-2017, 12:55İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər”

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər”


“Azərbaycan və Polşa arasındakı müasir diplomatik əlaqələrin tarixi 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olub. Sonrakı dövrlərdə də münasibətlərimiz qorunub saxlanılıb. Şərqdə ilk demokratik respublikanın – 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər. General Maçey Sulkeviç həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olub. Kriçevski qardaşları isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutublar. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci Dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olub”. APA-nın xəbərinə görə, bunu Varşavada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev şərəfinə Polşa prezidenti Andjey Dudanın adından verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynayıblar: “Bakının baş memarı olmuş Yuzef Qoslavski, eləcə də tanınmış memarlar Ploşko və Skureviçin layihələri ilə inşa edilmiş binalar bu gün də Bakıya gözəllik verən memarlıq nümunələridir. Polyaklar Azərbaycanın neft sənayesinin inkişafına da töhfələr veriblər. Mühəndis Pavel Pototskinin Xəzər şelfində neft çıxarılması sahəsində böyük xidmətləri olub. Vəsiyyətinə uyğun olaraq Pototski Bakıda dəfn olunub və burada onun xatirəsinə abidə ucaldılıb”.
“Qeyd etməliyəm ki, ədəbi, mədəni, elmi əlaqələrimizin də zəngin tarixi var. Bu əlaqələr bu gün də davam və inkişaf etməkdədir. Xalqlarımız arasında formalaşan möhkəm dostluq əlaqələri bugünkü münasibətlərimiz üçün gözəl zəmin yaradıb. Hazırda Azərbaycan ilə Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” münasibətlərimizin daha da inkişafı üçün siyasi iradəmizin göstəricisidir. Siyasi münasibətimizin mövcud səviyyəsi iqtisadi əlaqələr üçün də yeni perspektivlər açır. Tarixi İpək yolu üzərində əlverişli coğrafi mövqeyə malik Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri əməkdaşlığımızın daha da genişlənməsinə imkan verir”, - deyə prezident qeyd edib.

Dogrusoztv.Az dle 10.5
loading...