DogruSozTv.Az
Idmançı məşq zamanı dünyasını dəyişdi.Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilibMüdafiə naziri əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyibMehriban Əliyevadan Konstitusiya günü təbrikiAzərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcəkPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)Günün qoroskopu: xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür“Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib - VİDEOİƏT Nazirlər Şurasının yekun sənədinə Azərbaycanın maraqlarına uyğun iki maddəSabiq icra başçısı Temur Abazov yeni vəzifəyə təyin olunub.Şərqi Azərbaycan əyalətində güclü zəlzələ oldu - FOTOGünün qoroskopu: Doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durunElmar Məmmədyarov Türkiyədə səfərdədirSumqayıtda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Sumqayıta şəhər statusunun verilməsinin 70 illiyi münasibəti ilə konser proqramı təşkil olunub9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirHansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldıMariya Zaxarova nasistlərlə əməkdaşlıq edən şəxslərin bəzi ölkələrdə milli qəhrəman səviyyəsinə yüksəldilməsi barədəOqtay Şirəliyevdən yeni təyinatABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırırBu gün Azərbaycan millisi Çexiya milli komandası ilə qarşılaşırBələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 12-ə çatıbLəki–Qəbələ dəmir yolu xəttinin tikintisinə 45 milyon manat ayrılıb - SərəncamAzərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir – Türkiyə Ticarət MüşaviriAğdam RİH başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsinə hazırlıq aparılırBaş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edibİcra başçılarına ciddi XƏBƏRDARLIQ EDİLDİSiyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidirVüqar Gülməmmədov: 2020-ci ilin büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur"Qarabağ məsələsində inkişaf var, amma bizi qorxudurlar" - Paşinyan ilk dəfə etiraf etdiBələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfərin namizədliyi irəli sürülübHeydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürübManatın MƏZƏNNƏSİBakıda bağçada yanğın olubAzərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır"Qarabağ məsələsində inkişaf var, amma bizi qorxudurlar" - Paşinyan ilk dəfə etiraf etdiƏli Əhmədov: "Bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram"Əfqanıstan səfiri H.Əliyev adına AAHM-də olubAzərbaycanda əlilliyi olan daha 50 vətəndaşa avtomobil verildiƏnənəvi Respublika Folklor Festivalına yekun vurulduÖllədə sabaha olan hava proqnozu. Bəzi yerlərə yağış yaxacaq.Prezident Ramiz Mehdiyevin yerinə onu TƏYİN ETDİBNA ictimai nəqliyyatda gedişhaqlarının artırılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildiribSamir Nuriyev: "Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm"Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşBu əlamətlər böyrək xəstəliklərindən xəbər verir - DİQQƏTPrezident İlham Əliyev yeni icra başçılarını qəbul edib.Azərbaycan Prezidenti: "Nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir"İlham Əliyevdən icra başçısı ilə bağlı SƏRƏNCAMVilayət Eyvazovdan mühüm əmr: Polkovniki vəzifəsindən azad etdiAzərbaycan ABŞ-da nota verəcək
» » 7 yaşlı övladı öldürülən qadın: "Qatilin ya başı kəsilsin, ya güllələnsin" - ŞOK SÖZLƏR - YENİLƏNİB

29-03-2017, 22:267 yaşlı övladı öldürülən qadın: "Qatilin ya başı kəsilsin, ya güllələnsin" - ŞOK SÖZLƏR - YENİLƏNİB

7 yaşlı övladı öldürülən qadın: "Qatilin ya başı kəsilsin, ya güllələnsin" - ŞOK SÖZLƏR - YENİLƏNİB

DogruSozTv.Az xəbər verirki ,
Sabirabadın Ulucalı kəndində törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, kənd sakini, 30 yaşlı Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirib. Qatil ata əvvəllər oğurluq üstə məhkum olub, iki il əvvəl həbsxanadan azadlığa çıxıb. Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Röyal Məmmədovun həyat yoldaşı ilə daim münaqişəsi olurmuş. O arvadı və qayınanasından onlara məxsus pay torpaqları satmağı, pulu isə ona verməyi tələb edirmiş. Qayınanası deyir ki, qatil ata pul üstündə qızını öldürmək istəyib:

"Mənə dedi ki, çöl torpağı sat. Dedim ki, satmıram. Onda dedi, mən oturum evdə, sən təndirdə çörək bişir, mən aparım satım, oturum yeyim-içim evdə. Sən isə zülm çək. Həyətimin çardağını satıb. Həyətimdəki boruları satıb, damımın qapısını satıb. Oturub evdə işləmir, eləmir. Ancaq deyir, sən işlə, gətir, satım sovurum, yeyim. Elə şeylərin üstündə götürdü bıçağı, uşağımı qatdı qabağına. Uşağım getdi, girdi evin altına qorxusundan. Bax, bu uşaqlar onundur. Bunları sonradan gəldi apardı. O birisini keçirdi əlinə. Dedi, gedək ananı götürək gələk. Aldatdı apardı. Aparıb orada öldürüb, meyitini gətiriblər".

Röyal Məmmədov həyat yoldaşı ilə daim münaqişədə olub. Növbəti dəfə aralarında yaranan mübahisə zamanı bıçağa əl atan Röyal arvadının başını kəsməklə hədələyib. Günel Məmmədova qorxusundan qaçıb evin zirzəmisində gizlənib. Bu zaman Röyal 7 yaşlı oğlunu aldadaraq deyib ki, gedək səni ananın yanına aparıram.

Günel Məmmədova həyat yoldaşının həbsxanadan "aylığa" çıxdığını, pul vermədiyinə görə onun qisasını oğlundan aldığını deyib:

"Başqa adamın yanına gedirdi. Söz-söhbətlər ondan idi. Ondan bundan pul alıb bütün kəndin zibilinin dalınca gedirdi. Narkomandır. Dədəsi də narkomandır. Qardaşı da narkomandır. Dünən çıxarıblar azadlığa. Hər ay pul ödəyirlər. Dədəsinin, anasının, qardaşının, hamısının əli var. Dəfələrlə zəng edib məni döydürüblər. Uşağı götürüb qaçıb. O biri uşağımı qaçırıb gizlədib. Qonşu gətirib ki, uşaq yoldadır. İndi də böyüyü apardı. Məni bıçaqla qabağına qatdı. Mən qaçdım gizləndim. Bilmədim ki, balamı aparıb öldürəcək. Bilsəydim, özüm ölərdim. O insanın başının kəsilməyini istəyirəm. Ya da güllələnsin. Yoxsa əl çəkməyəcəyəm ondan. Qana qan! Uşağım ölüb, o da ölsün".

Qeyd edək ki, Röyal Məmmədov ona pul verməyən arvadının qisasını 7 yaşlı oğlu Röyamidən almaq istəyib, oğlunu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və tikilinin zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Bu, 30 yaşlı Röyal Məmmədovun ikinci evliliyidir. Onun ikinci nikahdan 3 uşağı olub. Öldürdüyü Röyami ailənin böyük oğludur və bu il birinci sinfə gedirmiş.

Artıq qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
 DogruSozTv.Az 
dle 10.5
loading...